
Bakı Bulvarından dənizə pilləkən qoyulub
Hazırda təmir işləri aparılan Şəhərkənarı Milli Parkda (Bakı Bulvarı) paytaxt sakinləri üçün sürpriz hazırlanır. Lent.az-ın müxbiri xəbər verir ki, bulvar boyu dənizlə bitişik yerlərdə qurudan suya doğru olan hissədə pilləkənlər quraşdırılır. Bulvara çıxan sakinlər həmin pilləkənlər vasitəsilə Xəzər dənizinin ləpədöyəninə qədər irəliləyə biləcəklər. Pilləkənlər xüsusi olaraq əraziyə gətirilmiş çınqıl daşlardan istifadə edilməklə quraşdırılıb. Pilləkənlərin üst tərəfində qum və sementdən istifadə olunmayıb. Çınqıl daşları yalnız üzərinə çəkilmiş məftil torlar saxlayır. Qum və sementdən deyil, məhz bu üsuldan istifadə olunmanın səbəbi isə dəniz suyunun pilləkənləri yumağının qarşısını almaqdır.
Ərazidə çalışanlar Lent.az-ın əməkdaşı ilə söhbətində bildirib ki, bu cür pilləkənlər bütün bulvar boyunca quraşdırılacaq. Bu cür pilləkənlər hələlik yalnız bir neçə metrlik ərazidə quraşdırılıb. İş davam etdirilir.
Pərvin ABBASOV
Ərazidə çalışanlar Lent.az-ın əməkdaşı ilə söhbətində bildirib ki, bu cür pilləkənlər bütün bulvar boyunca quraşdırılacaq. Bu cür pilləkənlər hələlik yalnız bir neçə metrlik ərazidə quraşdırılıb. İş davam etdirilir.
Pərvin ABBASOV
Oxşar yazılar

"Azercell" “ADA Employability Week 2025” təşəbbüsünə qatılıb
1 may 2025 , 09:01
Qırmızı Ürəklər Fondu 2025-ci ilin ilk rübü üzrə hesabat açıqlayıb
30 aprel 2025 , 14:59
“Azərlotereya”nın sponsorluğu ilə yeni voleybol komandası yaradılıb
30 aprel 2025 , 14:14
ABB mobile tətbiqi daha da etibarlı oldu
30 aprel 2025 , 12:54
Kapital Bank əməkdaşları kütləvi ağacəkmə aksiyasında iştirak ediblər
30 aprel 2025 , 09:15
"Kapital Bank"ın dəstəyilə müəllimlər üçün “Nə? Harada? Nə zaman?” çempionatı yekunlaşıb
29 aprel 2025 , 17:16
Sabah Bakının bu rayonunda qaz olmayacaq
29 aprel 2025 , 17:02