Azərbaycana ən çox gələnlər Türkiyə, İran, Rusiya və Ukrayna vətəndaşlarıdır
Arif Vəliyev: “Əhalinin artımında heç bir şübhə yoxdur”
“Azərbaycanda əhalinin sayının artması üçün 2,2 uşaq lazımdır. Amma 2 uşaq artım deyil, çünki bu, yalnız ata və ananı əvəz edir. Ona görə də biz hesablamamızda yeni doğulanların sayını orta hesabla 2,2 uşaqdan götürürük”
Lent.az-ın məlumatına görə, Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev əhalinin sayının artmasına dair rəsmi hesablamaların şübhəli olması barədə deyilənlərə münasibət bildirərkən belə deyib. Onun sözlərinə görə, Azərbaycanda ölüm səviyyəsi aşağı olduğundan əhalinin sayında təbii artım gedir.
“2008-ci ilin yekunlarına əsaslanaraq deyə bilərəm ki, əhalinin sayında təbii artımdan əlavə mexaniki artım da var. Yəni Azərbaycandan gedənlərin sayı ölkəyə gələnlərin sayından azdır” - deyə, komitə sədri bildirib.
Arif Vəliyev vurğulayıb ki, yaşamaq üçün Azərbaycana ən çox gələnlər Türkiyə, İran, Rusiya və Ukrayna vətəndaşlarıdır.
Elxan SALAHOV

Oxşar yazılar

Unibank və AYİB tərəfdaşlığı yenidən başlayır: Azərbaycanda KOB-lara 10 milyon dollarlıq dəstək
1 may 2025 , 17:52
“Nar”ın dəstəyi ilə tələbələr üçün təlimlər keçirildi
1 may 2025 , 16:51
Sabah Bakının iki rayonunda qaz olmayacaq
1 may 2025 , 16:35
"Azercell" “SHE Congress”in rəqəmsal transformasiya tərəfdaşıdır
1 may 2025 , 15:27
"Azercell" “ADA Employability Week 2025” təşəbbüsünə qatılıb
1 may 2025 , 09:01
Qırmızı Ürəklər Fondu 2025-ci ilin ilk rübü üzrə hesabat açıqlayıb
30 aprel 2025 , 14:59
“Azərlotereya”nın sponsorluğu ilə yeni voleybol komandası yaradılıb
30 aprel 2025 , 14:14