“Elit” Ticarət Mərkəzinin sahibi Fransa aviaşirkətini aldı
5 milyon avro zərərə düşmüş şirkətə yeni təyyarələr alınacaq
Azərbaycanda fəaliyyət göstərən türkiyəli iş adamı Əli Evsen Fransanın “Eagle Aviation” Hava Yolları Aviaşirkətini satın alıb. Lent.az-ın məlumatına görə, bu barədə Türkiyənin “Hürriyet” qəzeti xəbər verib. Qəzet məlumatı adıçəkilən şirkətin açıqlamasına istinadən verib. Səudiyyə Ərəbistanına kirayə təyyarə xidməti göstərən şirkət azərbaycanlı iş adamı və onun belçikalı şəriki Benoit Boqarqs alıb. Anqarında ikisi “Boinq-757”, ikisi isə “Airbus-A310” tipli ümumilikdə 4 təyyarə olan aviaşirkət Səudiyyə Ərəbistanı ilə təyyarə kirayələmək anlaşmasında dollar və avro arasındakı fərqin dəyişməsi səbəbindən 5 milyon avro zərərə düşmüşdü.
Aviaşirkətin yeni rəhbərliyi yeni model təyyarələr alaraq xidməti yüksək səviyyədə göstərməyi planlaşdırır.
Qeyd edək ki, Əli Evsen Bakıda geniş biznes fəaliyyəti ilə məşğuldur. O, həmçinin “Elit” Ticarət Mərkəzinin və “Star” taksi şirkətinin sahibidir.

Oxşar yazılar

Unibank və AYİB tərəfdaşlığı yenidən başlayır: Azərbaycanda KOB-lara 10 milyon dollarlıq dəstək
1 may 2025 , 17:52
“Nar”ın dəstəyi ilə tələbələr üçün təlimlər keçirildi
1 may 2025 , 16:51
Sabah Bakının iki rayonunda qaz olmayacaq
1 may 2025 , 16:35
"Azercell" “SHE Congress”in rəqəmsal transformasiya tərəfdaşıdır
1 may 2025 , 15:27
"Azercell" “ADA Employability Week 2025” təşəbbüsünə qatılıb
1 may 2025 , 09:01
Qırmızı Ürəklər Fondu 2025-ci ilin ilk rübü üzrə hesabat açıqlayıb
30 aprel 2025 , 14:59
“Azərlotereya”nın sponsorluğu ilə yeni voleybol komandası yaradılıb
30 aprel 2025 , 14:14