Azərbaycan daha bir beynəlxalq uğur qazanıb
“Doing Business- 2009” hesabatına ölkəmizin də adı düşüb
Bu gün Avstriyanın paytaxtı Vyanada “Doing Business- 2009” biznesin tənzimlənməsi sahəsində dünyanın aparıcı islahatçılarının mükafatlandırılması mərasimi keçirilir. Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası və Avstriyanın Federal Maliyyə Nazirliyi tərəfindən təşkil edilən bu mötəbər tədbirdə Azərbaycan da təmsil olunur.
Beynəlxalq Maliyyə Korporasiyasının Bakı Ofisindən Lent.az-a bildiriblər ki, biznesin təkmilləşdirilməsi üzrə hesabatlar İslahatçılar Klubunun dəstəyi ilə həyata keçirilir. “Doing Business- 2009” hesabatına əsasən, 2008-ci ildə dünyanın 10 aparıcı islahatçı hökumətlərinin nailiyyətlərinin qeyd edilməsindən ibarətdir. Həmin 10 ölkədən hər biri hesabatla əhatə olunan biznesin tənzimlənməsinin ən azı 3 sahəsində islahatlar həyata keçirib və onların reytinqi əhəmiyyətli dərəcədə qaldırılıb. Ən yüksək yerlərə nail olmuş 10 ölkə azalma ardıcıllığı isə belədir: Azərbaycan, Albaniya, Qırğızıstan, Belarus, Seneqal, Burkina Faso, Botsvana, Dominikan Respublikası, Kolumbiya və Misir.
Korporasiyadan bildirirlər ki, 2009-cu il hesabatında islahatların aparılmasına görə, Azərbaycan da dünya ölkələri arasında islahatçı ölkə hesab olunur. Tədbirə Azərbaycan hökumətindən nümayəndələrin dəvət olunması da bununla əlaqədardır.
Xatırladaq ki, tədbirdə Azərbaycan hökumətini iqtisadi inkişaf nazirin müavini Niyazi Səfərov təmsil edir. O, biznesin tənzimlənməsi sahəsində Azərbaycanda görülən tədbirlər və əldə olunan nəticələr barədə məruzə ilə çıxış edəcək.
Elxan SALAHOV

Oxşar yazılar

Unibank və AYİB tərəfdaşlığı yenidən başlayır: Azərbaycanda KOB-lara 10 milyon dollarlıq dəstək
1 may 2025 , 17:52
“Nar”ın dəstəyi ilə tələbələr üçün təlimlər keçirildi
1 may 2025 , 16:51
Sabah Bakının iki rayonunda qaz olmayacaq
1 may 2025 , 16:35
"Azercell" “SHE Congress”in rəqəmsal transformasiya tərəfdaşıdır
1 may 2025 , 15:27
"Azercell" “ADA Employability Week 2025” təşəbbüsünə qatılıb
1 may 2025 , 09:01
Qırmızı Ürəklər Fondu 2025-ci ilin ilk rübü üzrə hesabat açıqlayıb
30 aprel 2025 , 14:59
“Azərlotereya”nın sponsorluğu ilə yeni voleybol komandası yaradılıb
30 aprel 2025 , 14:14