ARDNŞ yenilik edir
Neft və qaz sənayesində bu sahədə müxtəlif növ yoxlaniş metodları - X-RAY/Radioqrafiya üsulu, ultrasəs yoxlama, rəngli yoxlama, maqnit zərrəcikləri vasitəsi ilə yoxlama mövcuddur.
Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, Kulevi “Qara Dəniz Terminalı”nın Korroziya şöbəsi hazırda terminalın istismarını və texniki davamiyyətini dəstəkləmək üçün NDT (None Destructive Testing–Dağıdılmadan Yoxlanış) Laboratoriyasının yaradılması ilə məşğuldur.
Laboratoriya müxtəlif növ texniki avadanlıqlarla, Ultrasəs defektoskopiya skanerləri, Radioqrafiya cihazı və başqa avadanlıqlarla təchiz olunub. Çatışmayan texniki baza artıq sifariş verilib. Tezliklə, laboratoriyada Gürcüstan Dövlət Akkreditasiya Mərkəzinin auditi aparılacaq. Audit laboratoriyanın inkişaf səviyyəsini və personalın bacarıq dərəcəsini müəyyənləşdirəcək.
Laboratoriyadakı avadanlıqların yoxlanılmasında əsasən ultrasəs metodundan istifadə olunub. Bu üsulla metal divarlarının qalınlığı ultrasəs dalğa vasitəsi ilə ölçülür. Ultrasəs dalğaları divarların daxilində yaranan boşluqların, qalınlığın, kəsici dalğalar isə avadanlığın qaynaq hissələrində çatların yoxlanılmasında istifadə olunur. Bütün yüksək təzyiqli qablar, neft çənləri və emal boruları metal qalınlığı və qaynaq defektlərinin qiymətləndirilməsi məqsədi ilə yoxlanılıb. Müəyyən edilib ki, avadanlıqlar yaxşı vəziyyətdədir və heç bir anomaliya aşkar olunmayıb.
Hər bir avadanlıq yoxlanıldıqdan sonra onun mövcud durumu haqqında məruzə hazırlanır və həmin hesabatda bütün tapıntılar qeyd olunur. Sonradan bu hesabat Terminalın yüksək texniki personalı ilə müzakirə olunur və lazımi göstərişlər qeyd olunur. Avadanlığın hesabat cədvəli Terminalda olan texniki təmirin idarəetmə sisteminə (BOYS adlanan sistemə) daxil edilir. NDT laboratoriyasının yaradılması Qara Dəniz Terminalındakı avadanlıqların korroziyadan müdafiə və etibarlığının inkişafı strategiyasının bir hissəsidir.

Oxşar yazılar

"Kapital Bank" ilin ilk yarısı üzrə maliyyə nəticələrini elan edib
14 iyul 2025 , 19:29
“AI Startup Challenge” müsabiqəsinin qalibləri elan olundu
14 iyul 2025 , 15:34
Azercell-dən “Premium” tarif istifadəçilərinə 6 aylıq pulsuz “Wolt+” abunəliyi!
14 iyul 2025 , 12:55
Unibank 2025-ci il birinci yarım ilinin maliyyə nəticələrini açıqlayıb
14 iyul 2025 , 11:36
"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29
HONOR 400 seriyasındakı süni intellektlə əlinizdəki imkanlar inanılmaz gələcək
11 iyul 2025 , 09:00
"Unibank"ın sahibkarlar üçün yay kampaniyası davam edir
10 iyul 2025 , 15:49