Azərbaycan Sorğu Mərkəzi yaradılıb
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin nəzdində Azərbaycan Sorğu Mərkəzi yaradılıb. Ümumdünya Ticarət Təşkilatının (ÜTT) Ticarətdə Texniki Maneələr (TBT) haqqında Sazişinin tələblərinə müvafiq olaraq yaradılmış yaradılmış mərkəz artıq fəaliyyətə başlayıb.
Lent.az-ın məlumatına görə, bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi cari fəaliyyəti ilə bağlı hesabat iclasında qurumun şöbə müdiri Sabiq Abdullayev bildirib. O qeyd edib ki, Azərbaycan Sorğu Mərkəzi ölkədə qüvvədə olan standartları, uyğunluğun qiymətləndirilməsi qaydalarını, texniki tənzimləmə sahəsində mövcud olan beynəlxalq sazişləri, digər normativ sənədləri özündə birləşdirən və əlavə olaraq xarici ölkələrdə bu sahədə mövcud qanunvericiliyə dair yerli istehsalçılar və ixracatçılar tərəfindən göndərilən sorğulara cavab vermək iqtidarındadır.
Şöbə müdiri bildirib ki, ÜTT-nin mühüm sazişlərindən biri də Ticarətdə Texniki Maneələr sazişidir. Həmin sazişin tələblərinə uyğun olaraq , quruma üzv olan hər bir ölkədə müvafiq sorğu mərkəzi açılmalı, bu mərkəzlərdə ölkədə mövcud olan standartlar və digər normativ sənədlərə dair məlumatlar toplanmalıdır.
“Müvafiq müraciətlər əsasında həm yerli, həm də xarici istehsalçılara, idxalçılara və ixracatçılara bu məlumatlar maneəsiz təqdim olunmalıdır. Bu məlumatların maneəsiz əldə edilməsinin xarici iqtisadi əlaqələrə təsiri var. Belə ki, həmin standartlar və tələblər haqda hər bir istehsalçı əvvəlcədən məlumatlı olduğu üçün sahibkar artıq öz istehsalını bu tələblərə yönəldə bilər” – deyə, şöbə müdiri əlavə edib.
Sabiq Abdullayev deyib ki, artıq fəaliyyətə başlayan Azərbaycan Sorğu Mərkəzi bütün hüquqi və fiziki şəxslər, o cümlədən sahibkarlar üçün açıqdır.
Elxan SALAHOV

Oxşar yazılar

"Kapital Bank" ilin ilk yarısı üzrə maliyyə nəticələrini elan edib
14 iyul 2025 , 19:29
“AI Startup Challenge” müsabiqəsinin qalibləri elan olundu
14 iyul 2025 , 15:34
Azercell-dən “Premium” tarif istifadəçilərinə 6 aylıq pulsuz “Wolt+” abunəliyi!
14 iyul 2025 , 12:55
Unibank 2025-ci il birinci yarım ilinin maliyyə nəticələrini açıqlayıb
14 iyul 2025 , 11:36
"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29
HONOR 400 seriyasındakı süni intellektlə əlinizdəki imkanlar inanılmaz gələcək
11 iyul 2025 , 09:00
"Unibank"ın sahibkarlar üçün yay kampaniyası davam edir
10 iyul 2025 , 15:49