8 qanunsuz reklam materialı aşkarlanıb
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti küçə reklamlarının yayımı sahəsindəki vəziyyəti öyrənmək məqsədilə monitorinq aparır.
Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, monitorinqlər zamanı daha 8 təsərrüfat subyekti tərəfindən qanunvericiliyin tələblərinə əməl edilmədən hazırlanmış reklam materialları müəyyən edilib. Həmin qanun pozuntularının aradan qaldırılması barədə təsərrüfat subyektlərinə müvafiq göstərişlər verilib.
Nazirlikdə bildirirlər ki, bundan əvvəl də Dövlət Xidməti tərəfindən 10 təsərrüfat subyektinə məxsus küçə reklamlarında qanunvericiliyin tələblərinin pozulması aşkar edilmişdi. Reydlərin nəticəsi olaraq bu reklamların qanunvericiliyin tələblərinə uyğunlaşdırılması təmin olunmuşdu.
Elxan SALAHOV

Oxşar yazılar

"Kapital Bank" ilin ilk yarısı üzrə maliyyə nəticələrini elan edib
14 iyul 2025 , 19:29
“AI Startup Challenge” müsabiqəsinin qalibləri elan olundu
14 iyul 2025 , 15:34
Azercell-dən “Premium” tarif istifadəçilərinə 6 aylıq pulsuz “Wolt+” abunəliyi!
14 iyul 2025 , 12:55
Unibank 2025-ci il birinci yarım ilinin maliyyə nəticələrini açıqlayıb
14 iyul 2025 , 11:36
"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29
HONOR 400 seriyasındakı süni intellektlə əlinizdəki imkanlar inanılmaz gələcək
11 iyul 2025 , 09:00
"Unibank"ın sahibkarlar üçün yay kampaniyası davam edir
10 iyul 2025 , 15:49