İqlim dəyişikliyi məhsuldarlığı azaldıb
İqtisadi Tədqiqatlar Mərkəzi “İqlim dəyişikliklərinin yaratdığı sosial-iqtisadi təhlükələr və risklərin idarə olunması” layihəsi çərçivəsində fermerlər və aqrar istehsalçılar arasında iqlim dəyişikliklərinin kənd təsərrüfatına və emal sənayesinə təsirinin qiymətləndirilməsi üzrə apardığı qiymətləndirmənin nəticələrinə dair dəyirmi masa keçirib. Tədbirdə yerli və xarici təşkilatların, dövlət orqanlarının, Milli Məclisin nümayəndələri və müstəqil ekspertlər iştirak ediblər.
İTM-in mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, təşkilatın ekspertləri bu mövzuda araşdırma apararaq, tədqiqat hesabatı hazırlayıb. Hesabatda Azərbaycanda qlobal iqlim dəyişikliklərinin kənd təsərrüfatına və ətraf mühitə təsirləri təhlil olunub, mümkün ssenarilər və perspektivlər göstərilib.
Təşkilatın rəhbəri Qubad İbadoğlu təqdimatla çıxış edərək bildirib ki, bu il qlobal iqlim dəyişikliklərinin təsirindən ən çox əziyyət çəkən kənd təsərrüfatı olub. O, Dövlət Statistika Komitəsinin məlumatına əsaslanaraq deyib ki, bu il taxılda (qarğıdalısız) məhsuldarlıq ötən illə müqayisədə 1 hektara 25,9 sentnerdən 19,9 sentnerədək, kartofçuluqda 145,6 sentnerdən 134,4 sentnerədək azalıb. Yeganə olaraq bostan məhsullarında məhsuldarlığın əvvəlki illə müqayisədə 123,7 sentnerdən 127,1 sentnerədək artması qeydə alınıb ki, bu da fasiləsiz istilərlə bağlı olub.
Qlobal iqlim dəyişikliklərinin aqrar bölməyə həm mənfi (taxıl, kartof) və həm də müsbət (bostan məhsulları) təsirlərindən danışan Qubad İbadoğlu deyib ki, bu ilin 7 ayında kənd təsərrüfatı istehsalı 10 faiz aşağı düşüb. Kənd təsərrüfatı istehsalında kəskin azalmanı həmçinin pis idarəetmə ilə izah edən mütəxəssis bu cür nəticənin əldə edilməsində aidiyyatı orqanların günahlarının da çox olduğunu vurğulayıb.
Tədbirdə həmçinin Qazax və Gəncə bölgəsində fəaliyyət göstərən 65 fermer təsərrüfatı arasında keçirilmiş sorğunun nəticələri açıqlanıb. Məlum olub ki, sorğuda iştirak etmiş respondentlərin 97 faizi iqlim dəyişikliklərinin onların təsərrüfat fəaliyyətinə neqativ təsirlərinin olduğunu qeyd ediblər. Respondentlərin 88 faizi təsirlərin nəticəsi olaraq maddi zərər çəkdiklərini bildiriblər. Fermerlər iqlim dəyişikliklərinin mənfi təsirlərini əsasən 2008-ci ildən hiss etməyə başlayıblar.
Elxan SALAHOV

Oxşar yazılar

Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28
“Azərbaycan Uşaq Qaynar Xətti” 2025-ci ilin ilk yarısında 2173 müraciət qeydə alıb
16 iyul 2025 , 11:23Bakıda satılan ən bahalı mənzillər - SİYAHI
15 iyul 2025 , 16:59
Xırdalan şəhərinin işığı kəsiləcək
15 iyul 2025 , 16:16
"Kapital Bank" ilin ilk yarısı üzrə maliyyə nəticələrini elan edib
14 iyul 2025 , 19:29
“AI Startup Challenge” müsabiqəsinin qalibləri elan olundu
14 iyul 2025 , 15:34