Sumqayıtlı mütəxəssislər Belarusdadır
Belarusun üçüncü böyük şəhəri Mogilyovda sabah keçiriləcək V Beynəlxalq İnvestisiya Forumunda Sumqayıtdan olan nümayəndə heyəti də iştirak edəcəklər. “Mogilyov vilayəti – investisiya yatırımları üçün yeni üfüqlər” mövzusunda təşkil olunan foruma qatılacaq nümayəndə heyəti artıq Mogilyovda səfərdədir.
Sumqayıt şəhər icra hakimiyyətindən Lent.az-a bildiriblər ki, Rusiya və xarici ölkə banklarının, biznes təşkilatlarının, regional və respublika idarəetmə orqanlarının, xarici dövlətlərin ticarət-sənaye palatalarının nümayəndələrinin iştirakı ilə keçiriləcək forumda yeyinti sənayesi, alternativ energetika və digər mövzular müzakirə ediləcək. Səfər çərçivəsində tərəflər arasında əldə olunmuş razılığa əsasən, Mogilyovun mərkəzi məhəllələrindən birində, «Sovetski» meydanının yaxınlığında Sumqayıt şəhərini xarakterizə edən elementlərdən ibarət istirahət-əyləncə guşəsinin yaradılması ilə bağlı fikir mübadiləsi aparılacaq. Həmçinin əraziyə baxış keçiriləcək, layihələndirmə işləri üçün ilkin iş aparılacaq.
İcra hakimiyyətində bildirirlər ki, artıq Sumqayıtın baş rəssamı tərəfindən meydançanın ilkin eskizi hazırlanıb. Eskizdə Xəzər dənizini, şəhərin sənaye potensialını, eləcə də Sumqayıtın rəmzi olan “Sülh göyərçini” abidəsini təmsil edən müxtəlif elementlər öz əksini tapıb.
Sumqayıtla Mogilyov şəhərləri arasında 2007-ci ildə Mogilyovda Niyyət Protokolu, 2008-ci ildə Sumqayıtda ticarət-iqtisadi, elmi-texniki və mədəni əlaqələrin yaradılması və inkişafı haqqında Saziş imzalanıb. 2009-cu ilin iyul ayının 2-də isə tərəflər arasında ən yüksək səviyyədə əməkdaşlığın – qardaşlıq əlaqələrinin yaradılması haqqında müqavilə bağlanıb.
Elxan SALAHOV

Oxşar yazılar

Ən böyük qızıl ehtiyatı olan 10 ölkə - SİYAHI
17 avqust 2025 , 17:39
Bütün dünyada ərzaq qiymətləri yüksəlir: ətin qiyməti rekordlar qırır
17 avqust 2025 , 17:08
Bakının bu rayonlarında qaz olmayacaq
15 avqust 2025 , 10:44
“Bura çölün düzü idi, ağlımıza gəlməzdi ki, belə gözəl layihə tikilər” - VİDEO
14 avqust 2025 , 15:43
Kapital Bank 5 nominasiyada nüfuzlu “Stevie Awards” mükafatına layiq görüldü
14 avqust 2025 , 15:39
Azercell-in Əlaqə Mərkəzi 2025-ci ilin ilk yarısında 2,5 milyondan çox müraciət qəbul edib
14 avqust 2025 , 13:52
Bakının bu rayonlarında QAZ OLMAYACAQ
14 avqust 2025 , 09:36