İstehsalat müəssisəsində böyük saxtakarlıq
Bakının Suraxanı rayonunda Vasif Səfərova məxsus istehsalat sahəsində istehsal edilmiş naqillər Rusiya istehsalı olan “Moskabelmet” və Türkiyə istehsalı “Demirer Kablo”, “V:KO” adları adı ilə satılırmış. Bunun İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin əməkdaşları üzə çıxarıb.
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, İ.Məmmədov küçəsi- 89A ünvanında yerləşən müəssisədə aparılan yoxlama zamanı müəssisədə naqillərin Rusiya və Türkiyə markaları ilə satışa çıxarıldığı müəyyən edilib. Yoxlama zamanı həmçinin, hazır məhsulların etiketlərində naqillərin uzunluğunun 100 metr olduğu göstərildiyi halda, faktiki olaraq 82-85 metr olduğu aşkarlanıb.
Bundan başqa, müəssisənin anbarında naqillərin Türkiyə istehsalı olan “Siemens”, “Demirer kablo”, “V:KO”, “Nexans” və Rusiyada istehsal edilən “Moskabelmet”, “Sevkabel Xoldinq”, “Saranskabel” adları altında saxta markalanması üçün istifadə edilən 76,8 min ədəd etiket tapılıb. Bu faktlarla əlaqədar müəssisənin anbarında Rusiyada və Türkiyədə istehsal olunmuş mal kimi markalanmış saxta 55,6 min metr, normativ sənədlərin tələblərinə uyğun markalanmamış 62 min metr naqil və onun markalanması zamanı istifadə edilən saxta etiketlər Dövlət Xidməti tərəfindən məsul saxlanmaya götürülüb.
Hazırda araşdırmalar davam etdirilir.
Elxan SALAHOV

Oxşar yazılar

"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29
HONOR 400 seriyasındakı süni intellektlə əlinizdəki imkanlar inanılmaz gələcək
11 iyul 2025 , 09:00
"Unibank"ın sahibkarlar üçün yay kampaniyası davam edir
10 iyul 2025 , 15:49
“Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin nəticələri açıqlandı
10 iyul 2025 , 11:08
“Azercell”in kibermaarifləndirmə təşəbbüsü davam edir - VİDEO
9 iyul 2025 , 15:30
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir
9 iyul 2025 , 15:17
ABB-nin reytinqi tarixi maksimuma yüksəldi!
9 iyul 2025 , 13:18