
Komitə sədri: “Bələdiyyələrə ayrılan vəsait 3 ildə 1 manat da artırılmayıb”
Lent.az-ın məlumatına görə, bu barədə Milli Məclisin Regional Siyasət Komitəsinin sədri Arif Rəhimzadə bildirib. Büdcənin müzakirəsi ilə bağlı iclasda çıxış edən A.Rəhimzadə gələn üçün yerli özünüidarəetmə orqanlarına 3,5 milyon manat vəsait ayrıldığını deyib: “Amma bu vəsait bələdiyyələrin qarşısına qoyulan vəzifələri yerinə yetirmək üçün yetərli deyil. Son üç ildə yerli özünüidarəetmə orqanlarına büdcədə nəzərdə tutulan vəsaitlər 1 manat da olsun artırılmayıb. Bələdiyyələrin imkanları artsa da, onlar özlərini maliyyələşdirə bilmir. Ona görə də Milli Məclisdən xahiş edirəm ki, bələdiyyələr üçün nəzərdə tutulan vəsaitin həcmini artırsın. Əks halda bələdiyyələrin qarşısına daha yaxşı işləmək tələbi qoya bilməyəcəyik”.
Elxan SALAHOV
Elxan SALAHOV
Oxşar yazılar

Azercell Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin telekommunikasiya tərəfdaşıdır
18 avqust 2025 , 13:43
Ən böyük qızıl ehtiyatı olan 10 ölkə - SİYAHI
17 avqust 2025 , 17:39
Bütün dünyada ərzaq qiymətləri yüksəlir: ətin qiyməti rekordlar qırır
17 avqust 2025 , 17:08
Bakının bu rayonlarında qaz olmayacaq
15 avqust 2025 , 10:44
“Bura çölün düzü idi, ağlımıza gəlməzdi ki, belə gözəl layihə tikilər” - VİDEO
14 avqust 2025 , 15:43
Kapital Bank 5 nominasiyada nüfuzlu “Stevie Awards” mükafatına layiq görüldü
14 avqust 2025 , 15:39
Azercell-in Əlaqə Mərkəzi 2025-ci ilin ilk yarısında 2,5 milyondan çox müraciət qəbul edib
14 avqust 2025 , 13:52