Büdcə layihəsi hökumətə qaytarıldı
2011-ci il dövlət büdcəsi haqqında qanun layihəsinin Milli Məclisdə müzakirəsi başa çatıb. Lent.az-ın verdiyi məlumata görə, bu gün keçirilən iclasda iqtisadi inkişaf naziri Şahin Mustafayev, maliyyə naziri Samir Şərifov parlamentdə səslənən təkliflərə münasibət bildirib və bu təkliflərin nəzərə alınacağına söz veriblər.
Daha sonra büdcə zərfinə daxil olan “Dövlət Sosial Müdafiə Fondunun 2011-ci il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2011-ci il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2011-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələrinə münasibət bildirilib.
Bununla da Milli Məclisdə büdcə zərfinin müzakirəsi başa çatıb. Spiker Oqtay Əsədov deyib ki, 2011-ci il dövlət büdcəsi layihəsi parlamentin verdiyi rəylə Nazirlər Kabinetinə göndəriləcək. Hökumət 10 gün müddətində layihəyə baxmalı, Milli Məclisdən daxil olan təkliflər nəzərə alınmalı və büdcə layihəsi qəbul olunmaq üçün yenidən parlamentə qaytarılmalıdır. O bildirib ki, parlamentin növbəti iclası oktyabrın 22-də keçiriləcək və həmin iclasda büdcənin təsdiq olunması gözlənilir.
Qeyd edək ki, Milli Məclisin 3-cü çağırışda sonuncu iclası da elə oktyabrın 22-də olacaq.
Elxan Salahov

Oxşar yazılar

"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29
HONOR 400 seriyasındakı süni intellektlə əlinizdəki imkanlar inanılmaz gələcək
11 iyul 2025 , 09:00
"Unibank"ın sahibkarlar üçün yay kampaniyası davam edir
10 iyul 2025 , 15:49
“Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin nəticələri açıqlandı
10 iyul 2025 , 11:08
“Azercell”in kibermaarifləndirmə təşəbbüsü davam edir - VİDEO
9 iyul 2025 , 15:30
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir
9 iyul 2025 , 15:17
ABB-nin reytinqi tarixi maksimuma yüksəldi!
9 iyul 2025 , 13:18