Goranboyda sahibkarlara kredit verilib
Bu gün Goranboyda “Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda seminar keçirilib. Tədbirdə Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən 200-ə yaxın sahibkar iştirak edib.
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, tədbir iştirakçıları əvvəlcə Sahibkarlığa Kömək Milli Fondundan (SKMF) güzəştli kredit almış Goranboy rayonundakı tikinti materiallarının istehsalı ilə məşğul olan “Goranboy Gips” ASC-nin fəaliyyətinə baxış keçiriblər. Daha sonra “Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda seminar işə başlayıb. Tədbirdə Goranboy Rayon İcra Hakimiyyəti başçısı Nizaməddin Quliyev regionların sürətli inkişafından, dövlət başçısının regionların inkişafına göstərdiyi xüsusi diqqət və qayğıdan danışıb. O qeyd edib ki, həyata keçirilən bu cür tədbirlər nəticəsində rayonda yeni istehsal, emal və infrastruktur sahələrinin yaradılıb, sahibkarlıq fəaliyyəti genişlənib və məşğulluğun səviyyəsi artıb.
İqtisadi İnkişaf Nazirliyinin Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdir müavini Fərrux Dadaşov və Sahibkarlığın inkişafı siyasəti şöbəsinin sektor müdiri Rauf Əliyev isə çıxışlarında qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa istiqamətlənən tədbirlər barədə məlumat veriblər.
Tədbir çərçivəsində həmçinin, müvəkkil kredit təşkilatları vasitəsilə Goranboy və ətraf rayonlarda fəaliyyət göstərən 24 sahibkarlıq subyektinə 295 min manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 45 yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Elxan SALAHOV

Oxşar yazılar

"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29
HONOR 400 seriyasındakı süni intellektlə əlinizdəki imkanlar inanılmaz gələcək
11 iyul 2025 , 09:00
"Unibank"ın sahibkarlar üçün yay kampaniyası davam edir
10 iyul 2025 , 15:49
“Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin nəticələri açıqlandı
10 iyul 2025 , 11:08
“Azercell”in kibermaarifləndirmə təşəbbüsü davam edir - VİDEO
9 iyul 2025 , 15:30
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir
9 iyul 2025 , 15:17
ABB-nin reytinqi tarixi maksimuma yüksəldi!
9 iyul 2025 , 13:18