Ağdaşda yerli sahibkarlarla görüş keçirilib
Bu gün Ağdaşda “Regionlarda sahibkarların maarifləndirilməsi” mövzusunda konfrans keçirilib. İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə təşkil olunan tədbirdə müvafiq dövlət qurumlarının nümayəndələri ilə yanaşı 100-ə yaxın sahibkar iştirak edib.
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, tədbirdə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində regionlarda yeni müəssisələrin yaradılması istiqamətində həyata keçirilən təbirlər, biznes strukturlarının üzləşdiyi çətinliklər və onları maraqlandıran məsələlər müzakirə olunub.
Bakı Biznes Tədris Mərkəzinin direktor müavini Rahim Mürsəlov sahibkarların və sahibkarlıq fəaliyyətinə yeni başlamaq istəyənlərin maarifləndirilməsi, sahibkarlıq subyektlərinə tədris-metodiki, innovasiya və konsaltinq xidmətlərinin göstərilməsi istiqamətində görülən işlərdən danışıb. O qeyd edib ki, Bakı Biznes Tədris Mərkəzinin bu cür maarifləndirmə tədbirləri ölkənin bütün regionlarını əhatə edəcək.
Tədbirdə İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri Rauf Rzayev “Biznesdə risklərin idarə edilməsi və biznesin sığortalanması”, Bakı Biznes Tədris Mərkəzinin Göyçay nümayəndəliyinin rəhbəri Akif Abbasov isə “Biznes-planların və investisiya layihələrinin hazırlanması” mövzusunda təqdimatlarla çıxış ediblər.
Elxan SALAHOV

Oxşar yazılar

"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29
HONOR 400 seriyasındakı süni intellektlə əlinizdəki imkanlar inanılmaz gələcək
11 iyul 2025 , 09:00
"Unibank"ın sahibkarlar üçün yay kampaniyası davam edir
10 iyul 2025 , 15:49
“Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin nəticələri açıqlandı
10 iyul 2025 , 11:08
“Azercell”in kibermaarifləndirmə təşəbbüsü davam edir - VİDEO
9 iyul 2025 , 15:30
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir
9 iyul 2025 , 15:17
ABB-nin reytinqi tarixi maksimuma yüksəldi!
9 iyul 2025 , 13:18