Elman Rüstəmov ABŞ-ın maliyyə kəşfiyyatının rəhbərini qəbul edib
ABŞ Maliyyə nazirinin terrorizm və maliyyə kəşfiyyatı üzrə müavini Stüart Livinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovun qəbulunda olub.
Mərkəzi Bankın mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, görüşdə Azərbaycanla ABŞ arasında çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Elman Rüstəmov ölkəmizin ABŞ-la ikitərəfli münasibətlərinin intensiv inkişaf edən istiqamətlərindən birinin çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə olduğunu söyləyib: “Azərbaycan 2002-ci ildən bu təşəbbüslərə qoşulub və bu əməkdaşlığın real nəticələrini görürük. Əminik ki, Sizin gəlişisiniz bu münasibətlərin inkişafına müsbət təsir göstərəcək”.
ABŞ rəsmisi isə təmsil etdiyi qurumun ölkəmizlə, o cümlədən Mərkəzi Bankla əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Stüart Livi Azərbaycana ilk səfəri olduğunu və səfər zamanı keçirdiyi görüşlərin çox məhsuldar keçdiyini deyib: “Biz də son illər çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində ikitərəfli əməkdaşlıq nəticəsində yaranmış əlaqələri müsbət qiymətləndiririk. Ümid edirəm ki, bizim münasibətlər gələcək də daha intensiv inkişaf edəcək”.
Görüşdə həmçinin, Azərbaycan Mərkəzi Bankı ilə ABŞ maliyyə nazirliyi arasında əməkdaşlığın gələcək inkişaf perspektivləri də müzakirə edilib.

Oxşar yazılar

Yasamalda hazır və tikilməkdə olan mənzillərin satışı davam edir - "Kristal!"
22 avqust 2025 , 14:29
Unibank həftəsonuna özəl komissiyasız kredit kampaniyası keçirir
22 avqust 2025 , 11:03
Kapital Bank-ın dəstəyi ilə yaşlı nəsil üçün maliyyə savadlılığının artırılması imkanları yaradılır
21 avqust 2025 , 14:57
"Azercell" enerji səmərəliliyi və ətraf mühit təşəbbüslərini genişləndirir
21 avqust 2025 , 14:27
Bakıda Su Həftəsi keçiriləcək
20 avqust 2025 , 15:54
Birbank Biznes-də dostluq qazandırır
20 avqust 2025 , 12:54