Naxçıvanda biznes-forum keçiriləcək
Oktyabrın 26-da Türkiyənin Xarici Ticarət naziri Zəfər Çağlayanın rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvana səfərə gələcək.
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, 2 günlük səfər çərçivəsində rəsmi görüşlərlə yanaşı, iş adamlarının iştirakı ilə biznes-forumun keçirilməsi də nəzərdə tutulur. Tədbir çərçivəsində yerli məhsulların sərgisi təşkil olunacaq, türkiyəli qonaqlara Naxçıvan Muxtar Respublikasının tarixi, iqtisadi inkişafı və investisiya imkanları barədə məlumat veriləcək.
Biznes forumda Naxçıvanla Türkiyənin müxtəlif bölgələri arasında iqtisadi əlaqələrin mövcud vəziyyəti, əməkdaşlıq perspektivləri müzakirə ediləcək, yerli şirkətlər tərəfindən potensial investisiya layihələrinin təqdimatı keçiriləcək, əməkdaşlıq haqqında sənədlər imzalanacaq. Tədbirdən sonra sahibkarlar arasında ikitərəfli işgüzar görüşlərin keçirilməsi, eləcə də türkiyəli iş adamlarının Naxçıvanda fəaliyyət göstərən bir sıra müəssisələrə səfərlərinin təşkili nəzərdə tutulur.
Nazirlikdə bildirirlər ki, nümayəndə heyətinə Türkiyənin dövlət rəsmiləri, Naxçıvanla həmsərhəd vilayətlərin rəhbər vəzifəli şəxsləri, həmçinin işgüzar dairələrin 90-a yaxın nümayəndəsi daxildir.
Elxan SALAHOV

Oxşar yazılar

"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29
HONOR 400 seriyasındakı süni intellektlə əlinizdəki imkanlar inanılmaz gələcək
11 iyul 2025 , 09:00
"Unibank"ın sahibkarlar üçün yay kampaniyası davam edir
10 iyul 2025 , 15:49
“Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin nəticələri açıqlandı
10 iyul 2025 , 11:08
“Azercell”in kibermaarifləndirmə təşəbbüsü davam edir - VİDEO
9 iyul 2025 , 15:30
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir
9 iyul 2025 , 15:17
ABB-nin reytinqi tarixi maksimuma yüksəldi!
9 iyul 2025 , 13:18