Saxta qənnadı məhsulları aşkarlanıb
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakıda saxta qənnadı məhsullarının istehsalının qarşısını alıb.
Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, M.Nərimanov küçəsi-4 ünvanda Turan Günəşə məxsus müəssisədə aparılan yoxlama zamanı burada istehsal edilən 527 kiloqram “Güneş Kardeşlər” adlı rahat lukumun üzərində yararlılıq müddətinin normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərildiyi məlum olub. Həmçinin məhsulun gigiyenik sertifikatı olmadan istehsal edildiyi faktı da üzə çıxıb.
Bundan başqa, yoxlama zamanı müəssisədə saxlama müddəti ötmüş 123,9 kiloqram qənnadı məhsulları, üzərində istehsalçı müəssisə haqqında heç bir məlumat göstərilməmiş mənşəyi bəlli olmayan 125 kiloqram paxlava, rahat lukumun qablaşdırılmasında istifadə edilən və üzərində yararlılıq müddəti normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərilmiş 2500 ədəd qablaşdırma materialları aşkarlanıb.
Qanun pozuntuları ilə əlaqədar rahat lukumun istehsalı və satışının dayandırılması və müəssisə tərəfindən istehsal edilmiş bu malların ticarət şəbəkəsindən geri yığılması, üzərində saxlama müddəti normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərilmiş qablaşdırma materiallarından istifadənin dayandırılması, habelə mənşəyi bəlli olmayan paxlavanın, saxta rahat lukumun və saxlama müddəti ötmüş qənnadı məhsullarının məhv edilməsi barədə Turan Günəşə icrası məcburi göstəriş verilib.
Elxan SALAHOV

Oxşar yazılar

"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29
HONOR 400 seriyasındakı süni intellektlə əlinizdəki imkanlar inanılmaz gələcək
11 iyul 2025 , 09:00
"Unibank"ın sahibkarlar üçün yay kampaniyası davam edir
10 iyul 2025 , 15:49
“Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin nəticələri açıqlandı
10 iyul 2025 , 11:08
“Azercell”in kibermaarifləndirmə təşəbbüsü davam edir - VİDEO
9 iyul 2025 , 15:30
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir
9 iyul 2025 , 15:17
ABB-nin reytinqi tarixi maksimuma yüksəldi!
9 iyul 2025 , 13:18