Rabitə göstəriciləri açıqlandı
Bu gün Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində 2010-cu ilin 9 ayının yekunlarına dair kollegiya iclası keçirilib.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun Lent.az-a verdiyi məlumata görə, kollegiya iclasını giriş sözü ilə açan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov ölkə əhalisinin sosial rifah halının yaxşılaşdığını bildirib.
Bu ilin 9 ayı ərzində rabitə və informasiya texnologiyaları sektorunda dinamik inkişaf tempinin müşahidə olunduğunu dilə gətirən rabitə və informasiya texnologiyaları naziri nəzərə çatdırıb ki, hesabat dövründə informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunda artım tempi 34%, o cümlədən telekommunikasiya sektorunda 33,9%, poçt sektorunda isə 20,7% təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumdaxili məhsulun (ÜDM) real artım tempi 4,1%, İKT və poçt sektoru üzrə əldə olunan gəlirlərin ÜDM-də payı isə 2,1%-ə bərabər olub.
Bundan sonra iclasda 2010-cu ilin 9 ayının yekunları, “Maliyyə xidmətlərinin inkişafı” layihəsinin ilkin nəticələri və qarşıda duran vəzifələr, operatorlar, provayderlər arasında arabağlantı məsələlərinin tənzimlənməsi, onlara məhdud resursların ayrılması, resurslardan səmərəli istifadəyə nəzarət, eləcə də universal telekommunikasiya və poçt xidmətlərinin təşkili üzrə məsələləri əhatə edən məruzələr dinlənilib. Tədbirdə nazirliyin bir sıra birlik və müəssisələrinin rəhbərləri çıxış ediblər.
Kollegiyaya yekun vuran Əli Abbasov ölkə rəhbərliyinin respublikada informasiya-kommunikasiya texnologiyaları sahəsi üzrə əldə olunan inkişafını yüksək qiymətləndirdiyini bir daha vurğulayaraq, rabitə və informasiya texnologiyaları sahəsi işçilərini daha yüksək nəticələrin əldə olunması üçün bütün səylərini səfərbər etməyə çağırıb və həlli vacib məsələlərin icrası üçün tapşırıqlar verib.

Oxşar yazılar

“Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin nəticələri açıqlandı
10 iyul 2025 , 11:08
“Azercell”in kibermaarifləndirmə təşəbbüsü davam edir - VİDEO
9 iyul 2025 , 15:30
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir
9 iyul 2025 , 15:17
ABB-nin reytinqi tarixi maksimuma yüksəldi!
9 iyul 2025 , 13:18
"Azərsun Holdinq" BDU-nun Jurnalistika fakültəsinin 6 tələbəsinə təqaüd ayırıb
9 iyul 2025 , 12:06
Unibankın İdarə Heyəti yenidən formalaşdırılıb
8 iyul 2025 , 15:09
Qaz və elektrik enerjisi ilə bağlı yeni qiymətlər
8 iyul 2025 , 11:45