9 ayda 520 müəssisə və obyekt özəlləşib
2010-cu ilin yanvar-sentyabr aylarında 520-yə yaxın kiçik dövlət müəssisə və obyekti, habelə nəqliyyat vasitəsi özəlləşdirilib. Həmin müəssisə və obyektlərdən 286-sı Bakıda, 122-si isə respublikanın digər şəhər və rayonlarında yerləşir.
Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, ilin birinci yarısında 355-ə yaxın obyektin yerləşdiyi torpaq sahəsi özəlləşdirilib. Bu dövrdə dövlət müəssisələrinin bazasında 10-a yaxın səhmdar cəmiyyəti yaradılıb və səhmlərin satışı üzrə keçirilmiş 41 hərracda 25-ə yaxın səhmdar cəmiyyətin səhmləri satılıb.
İlin 9 ayında 7 dövlət müəssisəsi və səhmdar cəmiyyətinin (“Məişət Malları” ASC, “Biləsuvar Quşçuluq” ASC, “Qazax Konserv” ASC, “Lənkəran Çay-5” ASC, “Masallı Konserv” ASC, “Siyəsən Broyler” ASC və “Zeyxur” kiçik su elektrik stansiyası) səhmlərinin investisiya müsabiqəsi vasitəsi ilə özəlləşdirilməsi həyata keçirilib. İnvestisiya müsabiqəsi vasitəsilə özəlləşdirilmiş müəssisələrə 2010-cu ilin yanvar-sentyabr aylarında müqavilələr üzrə müsabiqə qalibləri tərəfindən 41 milyon manat məbləğində investisiya qoyulub. İnvestisiya müsabiqəsi vasitəsi ilə özəlləşdirilmiş 4 müəssisə (“Gəncə Dəyirman” ASC, “Salyan Mehmanxana” ASC, “Xırdalan Ət” ASC və “Bakı Ağırlaşdırıcılar” ASC) üzrə mülkiyyət hüququ alıcılara keçib.
Elxan SALAHOV

Oxşar yazılar

“Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin nəticələri açıqlandı
10 iyul 2025 , 11:08
“Azercell”in kibermaarifləndirmə təşəbbüsü davam edir - VİDEO
9 iyul 2025 , 15:30
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir
9 iyul 2025 , 15:17
ABB-nin reytinqi tarixi maksimuma yüksəldi!
9 iyul 2025 , 13:18
"Azərsun Holdinq" BDU-nun Jurnalistika fakültəsinin 6 tələbəsinə təqaüd ayırıb
9 iyul 2025 , 12:06
Unibankın İdarə Heyəti yenidən formalaşdırılıb
8 iyul 2025 , 15:09
Qaz və elektrik enerjisi ilə bağlı yeni qiymətlər
8 iyul 2025 , 11:45