Gürcüstandakı yanacaqdoldurma məntəqələrimizin sayı 50-yə çatdı
ARDNŞ-in Gürcüstanda həyata keçirdiyi investisiya proqramının davamı olaraq oktyabrın bu gün “SOCAR Energy Georgia” şirkətinin törəmə müəssisəsi olan “SOCAR Georgia Petroleum” MMC Tbilisidə müasir standartlara cavab verən daha 3 yeni yanacaqdoldurma məntəqəsini istifadəyə verib. Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu münasibətlə keçirilmiş açılış mərasimlərində ARDNŞ-in Gürcüstandakı nümayəndəliyinin rəhbəri, “SOCAR Energy Georgia” MMC-nin baş direktoru Mahir Məmmədov, Kutaisi şəhərinin Meri Giorgi Tevdoradze, SOCAR Energy Georgia MMC-nin əməkdaşları, habelə Azərbaycan və Gürcüstan ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Yeni yanacaqdoldurma məntəqələri Kutaisi şəhərinin mərkəzində, Kaxetiya regionu, Telavi rayonunun Vardisubani kəndində, eləcə də Çoxatauri rayonunun mərkəzində açılıb. Hazirda “SOCAR Energy Georgia” MMC-nin 50 yanacaqdoldurma məntəqəsi Gürcüstan əhalisinə yüksək keyfiyyətli xidmət göstərir. İlin sonunadək məntəqələrin sayının 53-ə çatdırılması planlaşdırılır.

Oxşar yazılar

“Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin nəticələri açıqlandı
10 iyul 2025 , 11:08
“Azercell”in kibermaarifləndirmə təşəbbüsü davam edir - VİDEO
9 iyul 2025 , 15:30
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir
9 iyul 2025 , 15:17
ABB-nin reytinqi tarixi maksimuma yüksəldi!
9 iyul 2025 , 13:18
"Azərsun Holdinq" BDU-nun Jurnalistika fakültəsinin 6 tələbəsinə təqaüd ayırıb
9 iyul 2025 , 12:06
Unibankın İdarə Heyəti yenidən formalaşdırılıb
8 iyul 2025 , 15:09
Qaz və elektrik enerjisi ilə bağlı yeni qiymətlər
8 iyul 2025 , 11:45