Neftçalada sahibkarlara güzəştli kreditlər verilib
Bu gün Neftçalada “Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda növbəti tədbir keçirilib. İqtisadi İnkişaf Nazirliyinin təşkil etdiyi tədbirdə Neftçala və ətraf rayonlarda fəaliyyət göstərən 250-yə yaxın sahibkar iştirak edib.
Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, tədbir çərçivəsində Sahibkarlığa Kömək Milli Fondundan güzəştli kredit almış Hacıqabul rayonundakı “Yurd El” MMC-yə məxsus tutumu 2 min ton, Salyanda “Ələddin Fermer” MMC-yə məxsus tutumu 5 min ton olan müasir soyuducu anbar komplekslərinin fəaliyyətinə baxış keçirilib. İştirakçılar həmçinin “Hacı Camalxan” Kəndli Fermer Təsərrüfatının inşa etdirdiyi tutumu 10 min ton olan müasir taxıl anbarı kompleksində və 2400 başlıq südlük istiqamətli cins iribuynuzlu müasir heyvandarlıq kompleksinin tikintisi ilə də maraqlanıblar.
Sonra “Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” tədbiri işinə başlayıb.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov regionlarda iqtisadiyyatın bütün sahələrində əsaslı irəliləyişə nail olunduğunu bildirib. O qeyd edib ki, digər şəhər və rayonlarında olduğu kimi, Neftçalada da yeni istehsal və xidmət müəssisələri, sosial infrastruktur obyektləri yaradılıb və hazırda bu sahədə işlər davam etdirilir.
Tədbirdə İqtisadi İnkişaf Nazirliyinin müvafiq qurumlarının rəhbərləri də çıxış ediblər. Həmçinin, müvəkkil kredit təşkilatları vasitəsilə Neftçala və ətraf rayonlarda fəaliyyət göstərən 29 sahibkarlıq subyektinə 350 min manat güzəştli kredit verililib.
Elxan SALAHOV

Oxşar yazılar

“Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin nəticələri açıqlandı
10 iyul 2025 , 11:08
“Azercell”in kibermaarifləndirmə təşəbbüsü davam edir - VİDEO
9 iyul 2025 , 15:30
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir
9 iyul 2025 , 15:17
ABB-nin reytinqi tarixi maksimuma yüksəldi!
9 iyul 2025 , 13:18
"Azərsun Holdinq" BDU-nun Jurnalistika fakültəsinin 6 tələbəsinə təqaüd ayırıb
9 iyul 2025 , 12:06
Unibankın İdarə Heyəti yenidən formalaşdırılıb
8 iyul 2025 , 15:09
Qaz və elektrik enerjisi ilə bağlı yeni qiymətlər
8 iyul 2025 , 11:45