Dəmir yolu təsərrüfatlarında yoxlamalar başladı
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (QSC) təsərrüfatlarına payız baxışı başlayır.
Səhmdar Cəmiyyətin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov Lent.az-a bildirib ki, artıq bu məqsədlə dəmir yolu təsərrüfatlarının və tikililərin saxlanışı vəziyyəti, stansiyalarda, müəssisələrdə, təşkilatlarda hərəkətin təhlükəsizliyinin təmin olunması, ətraf mühitin qorunması və texniki təhlükəsizlik qaydalarına riayət olunmasına dair yoxlamalara hazırlıq işləri başa çatıb. Səhmdar Cəmiyyətin sədr müavini Qurban Nəzirovun rəhbərliyi ilə başlayan payız baxışı kampaniyası Böyük-Kəsik stansiyasından başlayacaq. Sonrakı hərəkət xətti Böyük-Kəsik-Hacıqabul, Horadiz-Osmanlı, Astara-Şirvan-Ələt, Yalama-Sumqayıt, Ələt-Biləcəri, Abşeron sahəsi, Biləcəri, Bakı-sərnişin, Bakı-yük, Keşlə, H. Z. Tağıyev –çeşidləmə, Güzdək, Xırdalan stansiyaları və dəmir yolunun bütün qolları olmaqla sahə və istiqamətlər üzrə davam edəcək.
Xatırladaq ki, dəmir yolu təsərrüfatlarında ildə iki dəfə (yaz və payız) baxış keçirilir.
Elxan SALAHOV

Oxşar yazılar

“Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin nəticələri açıqlandı
10 iyul 2025 , 11:08
“Azercell”in kibermaarifləndirmə təşəbbüsü davam edir - VİDEO
9 iyul 2025 , 15:30
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir
9 iyul 2025 , 15:17
ABB-nin reytinqi tarixi maksimuma yüksəldi!
9 iyul 2025 , 13:18
"Azərsun Holdinq" BDU-nun Jurnalistika fakültəsinin 6 tələbəsinə təqaüd ayırıb
9 iyul 2025 , 12:06
Unibankın İdarə Heyəti yenidən formalaşdırılıb
8 iyul 2025 , 15:09
Qaz və elektrik enerjisi ilə bağlı yeni qiymətlər
8 iyul 2025 , 11:45