DəmirBank və Almaniyanın Connective Capital şirkəti kredit müqaviləsi imzalayıb
Kredit müqaviləsi iki il müddətinə FinAcc Fund S.V.A. maliyyə fondunun dəstəyi ilə imzalanıb və Azərbaycanda sahibkarlığın müxtəlif sahələrinə kiçik həcmli kreditlərin verilməsini nəzərdə tutur.
Bankın İdarə Heyətinin sədr müavini Yusif Cabbarov müqaviləni şərh edərkən bildirib: “Kiçik müəssisələr işgüzar mühitə daha yaxşı uyğunlaşır, iqtisadiyyatda baş verən dəyişikliklərə daha tez adaptasiya olunur, bu da onları ölkənin inkişafında mühüm amilə çevirir. Bunu nəzərə alaraq, DəmirBank bazarın bu seqmentini fəal qaydada dəstəkləyir və onun kreditləşməsini genişləndirir. Bu məqsədlə beynəlxalq maliyyə təşkilatları tərəfindən DəmirBank üçün kiçik və orta sahibkarlığın kreditləşməsi proqramları üzrə ümumilikdə 136 mln. ABŞ dolları məbləğində vəsait ayrılmışdır”.
DəmirBank hazırda müxtəlif kredit proqramları üzrə 20-dən çox beynəlxalq təşkilatla əməkdaşlıq edir. Bu sırada Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO), Qara Dəniz Ticarət və İnkişaf Bankı, Alman-Azərbaycan Fondu, DEG Almaniya İnvestisiya Şirkəti, OFID Beynəlxalq İnkişaf Fondu, İslam Korporasiyası, USAID (ABŞ), Rosemount Global Fondu (ABŞ), BANIF (Portuqaliya), SIFEM AG İnvestisiya Fondu (İsveçrə), ING BANK (Hollandiya) və digər beynəlxalq təşkilatları qeyd etmək olar.

Oxşar yazılar

“Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin nəticələri açıqlandı
10 iyul 2025 , 11:08
“Azercell”in kibermaarifləndirmə təşəbbüsü davam edir - VİDEO
9 iyul 2025 , 15:30
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir
9 iyul 2025 , 15:17
ABB-nin reytinqi tarixi maksimuma yüksəldi!
9 iyul 2025 , 13:18
"Azərsun Holdinq" BDU-nun Jurnalistika fakültəsinin 6 tələbəsinə təqaüd ayırıb
9 iyul 2025 , 12:06
Unibankın İdarə Heyəti yenidən formalaşdırılıb
8 iyul 2025 , 15:09
Qaz və elektrik enerjisi ilə bağlı yeni qiymətlər
8 iyul 2025 , 11:45