“Unibank”dan daha bir yenilik
“Unibank” Azərbaycanda ilk dəfə olaraq “Millikart” prosessinq mərkəzi ilə real vaxt rejimində kart hesabları üzrə əməliyyatları tam sinxronlaşdırıb. Bununla da bankın hər bir müştərisi istər kart hesabındakı vəsaitlərin artırılmasını, istərsə də plastik kartlarla kredit əməliyyatlarını daha operativ şəkildə yerinə yetirə bilər.
“Unibank” ın marketinq şöbəsindən Lent.az-a bildiriblər ki, müştərilər iş günü ərzində öz kart hesablarındakı qalıqlar və dövriyyədən çıxarılan vəsaitlər barədə məlumatları təzələyə biləcəklər. Bu cür əməliyyatların yerinə yetirilməsi üçün avtomatlaşdırılmış bank sistemində “Millikart” prosessinq mərkəzindən müəyyən məlumatların sorğulanması və kart hesablarında kifayət qədər vəsaitlərin olub-olmaması təyin edən bir neçə tətbiqi modul işə salınıb.
Bankın İnformasiya Texnologiyaları Departamentinin rəhbəri Aleksandr Dzekelev deyib ki, proqram təminatının yeni funksional imkanları ilk dəfə olaraq müştərilərə filialların kassaları vasitəsilə kartdan nağd pul vəsaiti çıxarmaq imkanı verir. Onun sözlərinə görə, bütün “Unibank” plastik kartları sahibləri bundan sonra kart hesablarından qeyri-kart hesablarına ödənişləri, banklararası və beynəlxalq nağdsız ödənişlər də daxil olmaqla, on-layn rejimində həyata keçirəcəklər.
Bundan başqa, “Unibank”ın hər bir müştərisi öz kart hesablarının filialların kassaları vasitəsilə kreditləşdirilməsini yerinə yetirmək imkanı əldə edir. Ən yaxın zamanda isə “Unibank” plastik kart sahibləri bütün bu əməliyyatları, vəsaitlərin artırılması, onların konvertasiyası, bloka alınması da daxil olmaqla, internet-bankinq sistemi vasitəsilə apara biləcəklər.
Xatırladaq ki, ümumiyyətlə “Unibank” ASC “MasterCard” və “VISA International” beynəlxalq ödəniş sistemlərinə aid 60 mindən artıq plastik kartının emissiyasını həyata keçirib. “MasterCard”da və “VISA International”da ekvayer statusuna malik olmaqla yanaşı, Bank həm də “Millikart” prosessinq mərkəzinin təsisçilərindən biridir. Onu da qeyd etmək lazımdır ki, ötən ay “Unibank” “VISA Infinite” və “VISA Business” VSDC (çipli) kartlarının “VISA International” beynəlxalq ödəniş sistemində emissiyası üzrə sertifikasiya layihəsini başa çatdırıb.

Oxşar yazılar

Unibankın İdarə Heyəti yenidən formalaşdırılıb
8 iyul 2025 , 15:09
Qaz və elektrik enerjisi ilə bağlı yeni qiymətlər
8 iyul 2025 , 11:45
“Azərlotereya Şans Karvanı” ölkə boyu yola çıxır
8 iyul 2025 , 11:13
"Azercell" telekommunikasiya və texnologiya şirkətlərinin qlobal alyansına qoşuldu
8 iyul 2025 , 10:17
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 96 kq işlənmiş batareya toplanaraq təhvil verilib
7 iyul 2025 , 15:50
Ağdam–Xankəndi dəmir yolu layihəsinin icra müddəti açıqlandı
6 iyul 2025 , 17:10Yaşayışa hazır, təmirli mənzil axtaranların diqqətinə - VİDEO
3 iyul 2025 , 14:39