Yoxlamada çoxlu qanunsuzluqlar çıxdı
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Bakı-Quba şossesində yerləşən “Kauçuk” MMC-yə məxsus istehsalat sahəsində yoxlama aparıb.
Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, yoxlama zamanı müəssisədə “Qranit” firmasının “Türksan kablo” əmtəə nişanından qanunsuz istifadə edərək elektrik kabel və naqillərinin istehsal olunduğu aşkarlanıb. Həmçinin elektrik kabel və naqillərin, plastik qapı və pəncərə rezinlərinin, havaçəkən alüminium boruların uyğunluq sertifikatının olmadığı müəyyən edilib. Yoxlama zamanı müəssisənin anbarında məhsulların qablaşdırılmasında istifadə edilən normativ sənədlərin tələblərinə uyğun olmayan bükmə materialları, kağız etiketlər və həmin materiallardan və etiketlərdən istifadə edilməklə qablaşdırılmış elektrik naqilləri də üzə çıxıb.
Yol verilmiş qanun pozuntuları ilə əlaqədar elektrik kabel və naqillərinin, plastik qapı və pəncərə rezinlərinin, havaçəkən alüminium borularının istehsalı və satışının, həmçinin müəssisənin anbarında aşkar edilmiş 27,1 min metr elektrik kabel və naqillərinin, 2,6 ton plastik qapı və pəncərə rezinlərinin, 1,3 min ədəd havaçəkən alüminium boruların satışının, “Türksan kablo” əmtəə nişanından qanunsuz istifadənin dayandırılması qərara alınıb. Həmçinin naqillərin qablaşdırılmasında istifadə edilən 352 kiloqram saxta bükmə materiallarının, habelə 3,8 min ədəd saxta kağız etiketin məhv edilməsi barədə “Kauçuk” MMC-yə icrası məcburi göstəriş verilib.
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti haqsız rəqabət hallarının qarşısının alınması məqsədilə araşdırmalarını davam etdirir
Elxan SALAHOV

Oxşar yazılar

Unibankın İdarə Heyəti yenidən formalaşdırılıb
8 iyul 2025 , 15:09
Qaz və elektrik enerjisi ilə bağlı yeni qiymətlər
8 iyul 2025 , 11:45
“Azərlotereya Şans Karvanı” ölkə boyu yola çıxır
8 iyul 2025 , 11:13
"Azercell" telekommunikasiya və texnologiya şirkətlərinin qlobal alyansına qoşuldu
8 iyul 2025 , 10:17
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 96 kq işlənmiş batareya toplanaraq təhvil verilib
7 iyul 2025 , 15:50
Ağdam–Xankəndi dəmir yolu layihəsinin icra müddəti açıqlandı
6 iyul 2025 , 17:10Yaşayışa hazır, təmirli mənzil axtaranların diqqətinə - VİDEO
3 iyul 2025 , 14:39