“Star Electro” cəzalandırıldı
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti daxil olmuş məlumat əsasında məsafədən satış xidmətləri göstərən “Star Electro” MMC-yə qarşı sərt tədbir görüb.
Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, “Haqsız rəqabət haqqında” qanunun 9-cu maddəsinin tələblərini pozduğuna görə şirkətə qarşı 1,3 min manat maliyyə sanksiyası tətbiq edilib.
Xatırladaq ki, ötən həftə Dövlət Xidməti daxil olmuş məlumat əsasında “Star Electro” MMC-nin fəaliyyəti ilə bağlı araşdırma aparmışdı. Araşdırma nəticəsində şirkət tərəfindən istehlakçılara stasionar telefon vasitəsilə zəng edilərək, telefon nömrələrinin uduşa düşdüyü, aşağı qiymətə bir məişət avadanlığı aldıqları təqdirdə 3-4 müxtəlif növ məişət avadanlıqlarının hədiyyə ediləcəyi və həmin malları zəmanətlə almaq hüququnu əldə edəcəkləri kimi yanlış məlumatların verildiyi müəyyənləşmişdi. Bu faktla əlaqədar Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılmışdı.
Elxan SALAHOV

Oxşar yazılar

Unibankın İdarə Heyəti yenidən formalaşdırılıb
8 iyul 2025 , 15:09
Qaz və elektrik enerjisi ilə bağlı yeni qiymətlər
8 iyul 2025 , 11:45
“Azərlotereya Şans Karvanı” ölkə boyu yola çıxır
8 iyul 2025 , 11:13
"Azercell" telekommunikasiya və texnologiya şirkətlərinin qlobal alyansına qoşuldu
8 iyul 2025 , 10:17
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 96 kq işlənmiş batareya toplanaraq təhvil verilib
7 iyul 2025 , 15:50
Ağdam–Xankəndi dəmir yolu layihəsinin icra müddəti açıqlandı
6 iyul 2025 , 17:10Yaşayışa hazır, təmirli mənzil axtaranların diqqətinə - VİDEO
3 iyul 2025 , 14:39