Azərbaycanın ilk Milli Sərgisi Özbəkistanda keçiriləcək
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, 4550 kvadrat metr sahəni əhatə edəcək sərgidə Azərbaycan tərəfindən dövlət rəsmilərinin və 160-dan çox müəssisə və təşkilatın iştirakı nəzərdə tutulur.
Nazirlikdə bildirirlər ki, bu, Azərbaycanın xarici ölkədə ilk Milli Sərgisidir. Tədbirdə ölkəmizin sosial-iqtisadi inkişafını, sənaye, yanacaq, energetika, rabitə və informasiya texnologiyaları, nəqliyyat, aqrar, ekologiya, turizm, mədəniyyət, xalq sənətkarlığı, səhiyyə, təhsil, idman və digər sosial sahələrdə əldə edilmiş nailiyyətləri əks etdirən göstəricilər, eləcə də Azərbaycanda istehsal olunan 1700-ə yaxın çeşiddə müxtəlif məhsullar nümayiş olunacaq. Azərbaycan mənşəli məhsulların Orta Asiya bazarına ixracının genişləndirilməsinin təşviq olunması məqsədilə tədbir çərçivəsində sahibkarlar arasında ikitərəfli işgüzar görüşlərin keçirilməsi də nəzərdə tutulur.
Sərgi çərçivəsində bir sıra mədəni tədbirlərin keçirilməsi, iştirakçılara Azərbaycan haqqında müxtəlif çap materialları, jurnallar, broşurlar, disk və digər təşviqat materiallarının paylanması planlaşdırılır.
Elxan SALAHOV

Oxşar yazılar

Unibankın İdarə Heyəti yenidən formalaşdırılıb
8 iyul 2025 , 15:09
Qaz və elektrik enerjisi ilə bağlı yeni qiymətlər
8 iyul 2025 , 11:45
“Azərlotereya Şans Karvanı” ölkə boyu yola çıxır
8 iyul 2025 , 11:13
"Azercell" telekommunikasiya və texnologiya şirkətlərinin qlobal alyansına qoşuldu
8 iyul 2025 , 10:17
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 96 kq işlənmiş batareya toplanaraq təhvil verilib
7 iyul 2025 , 15:50
Ağdam–Xankəndi dəmir yolu layihəsinin icra müddəti açıqlandı
6 iyul 2025 , 17:10Yaşayışa hazır, təmirli mənzil axtaranların diqqətinə - VİDEO
3 iyul 2025 , 14:39