Dəmir yolu ilə beynəlxalq sərnişindaşıma tarifləri 10,2 faiz azalıb
Komitədən Lent.az-a verilən məlumata görə, oktyabr ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri 103,8 faiz, sərnişindaşıma tarifləri isə 100,5 faiz təşkil edib. Dəmir yolunda yükdaşıma tariflərinin yerli əlaqə üzrə 15,1 faiz, digər ölkələrdən gətirilmə üzrə 4,2 faiz, digər ölkələrə göndərilmə üzrə 1,3 faiz, tranzit yüklərin daşınması üzrə 0,4 faiz bahalaşması nəticəsində ümumilikdə dəmir yolunda yükdaşıma tariflərində 4,3 faiz artım müşahidə olunub. Dəmir yolu vasitəsilə beynəlxalq əlaqədə sərnişindaşıma tarifləri 10,2 faiz azalıb. Dəniz nəqliyyatı vasitəsilə MDB ölkələrinə yükdaşıma tarifləri 0,2 faiz ucuzlaşıb.
Hava nəqliyyatında MDB ölkələrinə yükdaşıma və sərnişindaşıma tarifləri müvafiq olaraq 0,9 və 5,0 faiz, uzaq xaricə sərnişindaşıma tarifləri isə 3,1 faiz artıb. Boru kəməri nəqliyyatında yükdaşıma tarifləri 0,7 faiz ucuzlaşıb.
Avtomobil nəqliyyatında yükdaşıma tarifləri yerli əlaqədə 32,5 faiz, şəhərətrafı və şəhərdaxili yükdaşıma 33,0 faiz, işəmuzd tarif 25,4 faiz artıb. Bir saatlıq işə görə yükdaşıma tarifi isə 3,1 faiz aşağı düşüb.
Elxan SALAHOV

Oxşar yazılar

Unibankın İdarə Heyəti yenidən formalaşdırılıb
8 iyul 2025 , 15:09
Qaz və elektrik enerjisi ilə bağlı yeni qiymətlər
8 iyul 2025 , 11:45
“Azərlotereya Şans Karvanı” ölkə boyu yola çıxır
8 iyul 2025 , 11:13
"Azercell" telekommunikasiya və texnologiya şirkətlərinin qlobal alyansına qoşuldu
8 iyul 2025 , 10:17
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 96 kq işlənmiş batareya toplanaraq təhvil verilib
7 iyul 2025 , 15:50
Ağdam–Xankəndi dəmir yolu layihəsinin icra müddəti açıqlandı
6 iyul 2025 , 17:10Yaşayışa hazır, təmirli mənzil axtaranların diqqətinə - VİDEO
3 iyul 2025 , 14:39