Dollar Azərbaycanda 11 illik minimuma endi
Lent.az “İqtisadi forum” jurnalına istinadən bildirir ki, hazırda Azərbaycanda dolların manata nisbətən rəsmi məzənnəsi son 11 ildə ən aşağı həddə düşüb. Belə ki, noyabrın 5-də ABŞ valyutasının manata nisbətən rəsmi məzənnəsi 79,97 qəpik müəyyən edilib. Bu, 7 iyun 1999-cu ildən bəri ən aşağı göstəricidir. Həmin tarixdə 1 dollar 79,52 qəpiyə (3976 manat) bərabər olub.
Ümumilikdə 2010-cu ildə dollar manata nisbətən 1 faiz ucuzlaşıb. Bu müddətdə dolların manata olan rəsmi məzənnəsi 80,31 qəpikdən 79,52 qəpiyə düşüb. Xatırladaq ki, 2009-cu ildə ümumilikdə milli valyutamız ABŞ dollarına nisbətən 0,2 faiz ucuzlaşıb.
Dolların ucuzlaşması öz təsirinin avroya da göstərib. Noyabrın 5-də Avropa valyutasının rəsmi məzənnəsi 1 manat 13,54 qəpiyə yüksəlib. Bu son 10 ayda ən yüksək məzənnədir. Belə ki, sonuncu dəfə yanvarın 25-də (1 manat 13,81 qəpik) avro bu həddə olub. Bu artıma baxmayaraq cari ildə avro manata nisbətən 1,3 faiz ucuzlaşıb.
Elxan SALAHOV

Oxşar yazılar

Unibankın İdarə Heyəti yenidən formalaşdırılıb
8 iyul 2025 , 15:09
Qaz və elektrik enerjisi ilə bağlı yeni qiymətlər
8 iyul 2025 , 11:45
“Azərlotereya Şans Karvanı” ölkə boyu yola çıxır
8 iyul 2025 , 11:13
"Azercell" telekommunikasiya və texnologiya şirkətlərinin qlobal alyansına qoşuldu
8 iyul 2025 , 10:17
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 96 kq işlənmiş batareya toplanaraq təhvil verilib
7 iyul 2025 , 15:50
Ağdam–Xankəndi dəmir yolu layihəsinin icra müddəti açıqlandı
6 iyul 2025 , 17:10Yaşayışa hazır, təmirli mənzil axtaranların diqqətinə - VİDEO
3 iyul 2025 , 14:39