“Birlik” MMC istehsal etdiyi kabelləri saxtalaşdırıb
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Xırdalan şəhəri “Birlik” MMC-yə məxsus istehsalat sahəsində elektrik kabel və naqillərinin saxtalaşdırılması faktı aşkarlayıb.
Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, yoxlama zamanı müəssisədə istehsal edilən 884 metr elektrik kabel və naqillərinin saxtalaşdırılaraq Türkiyə istehsalı kimi “TSE-TS 9758” türk standartına uyğun markalandığı, 6,6 min metr izoliyasiyalı kabellərin etiketlərinin üzərində məhsulun keyfiyyət və təhlükəsizlik göstəricilərini ifadə edən normativ sənədin düzgün göstərilmədiyi müəyyən edilib. Həmçinin müəssisənin anbarında məhsulların qablaşdırılmasında istifadə edilən normativ sənədlərin tələblərinə uyğun olmayan 92 kq bükmə materialı və 16 min ədəd kağız etiketlər aşkarlanıb.
Yol verilmiş qanun pozuntuları ilə əlaqədar, saxta elektrik kabel və naqillərin satışının qadağan edilməsi, normativ sənədlərin tələblərinə uyğun olmayan izoliyasiya kabellərinin satışının dayandırılması və müəssisə tərəfindən ticarət şəbəkəsinə paylanmış malların geri yığılması barədə “Birlik” MMC-yə icrası məcburi göstəriş verilib. Müəssisə həmçinin naqillərin qablaşdırılmasında istifadə edilən saxta qablaşdırma materiallarını məhv etməlidir.
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti haqsız rəqabət hallarının qarşısının alınması məqsədilə araşdırmalarını davam etdirir.
Elxan SALAHOV

Oxşar yazılar

Unibankın İdarə Heyəti yenidən formalaşdırılıb
8 iyul 2025 , 15:09
Qaz və elektrik enerjisi ilə bağlı yeni qiymətlər
8 iyul 2025 , 11:45
“Azərlotereya Şans Karvanı” ölkə boyu yola çıxır
8 iyul 2025 , 11:13
"Azercell" telekommunikasiya və texnologiya şirkətlərinin qlobal alyansına qoşuldu
8 iyul 2025 , 10:17
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 96 kq işlənmiş batareya toplanaraq təhvil verilib
7 iyul 2025 , 15:50
Ağdam–Xankəndi dəmir yolu layihəsinin icra müddəti açıqlandı
6 iyul 2025 , 17:10Yaşayışa hazır, təmirli mənzil axtaranların diqqətinə - VİDEO
3 iyul 2025 , 14:39