Bakı-Ələt yolu açıldı
Bakı-Ələt avtomobil yolunun yenidən tikilmiş 4-8-ci kilometrlik və yenidən qurulmuş 8-14-cü kilometrlik hissəsi bu gün istifadəyə verilib. Açılış mərasimində prezident İlham Əliyev də iştirak edib.
Lent.az AzərTAc-a istinadən bildirir ki, açılışda mərasimində nəqliyyat naziri Ziya Məmmədov yenidən qurulmuş yolun texniki göstəriciləri barədə prezidentə məlumat verib. O qeyd edib ki, “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı”nın icrası ilə əlaqədar “Bakı-Ələt avtomobil yolunun 4-8-ci kilometrliyində Bibiheybət məscidi ilə Bayıl bazarı arasında yolun yeni trasa köçürülməklə yenidən qurulması” və “Bakı-Ələt avtomobil yolunun Bibiheybət–Lökbatan dairəsi sahəsinin yenidən qurulması” layihələri həyata keçirilib. 2009-cu ilin mayında tikintisinə başlanan layihəyə əsasən, yolun birinci dərəcəli 5 zolaqlı hissəsinin uzunluğu 3,5 kilometrdir. Yolun yenidən qurulan 5,7 kilometrlik hissəsi isə 8 zolaqlıdır.
Ziya Məmmədov deyib ki, bu magistral avtomobil yolunun istifadəyə verilməsi respublikanın cənub, cənub-qərb, qərb, mərkəzi aran və şimal-qərb bölgələrindən, həmçinin Astara, Biləsuvar, Qazax və Balakən rayonlarında yerləşən sərhəd məntəqələrindən Bakıya gələn nəqliyyat vasitələrinin paytaxta giriş hissəsində maneəsiz birtərəfli hərəkətlə şəhərə daxil olmasına imkan verəcək.

Oxşar yazılar

Unibankın İdarə Heyəti yenidən formalaşdırılıb
8 iyul 2025 , 15:09
Qaz və elektrik enerjisi ilə bağlı yeni qiymətlər
8 iyul 2025 , 11:45
“Azərlotereya Şans Karvanı” ölkə boyu yola çıxır
8 iyul 2025 , 11:13
"Azercell" telekommunikasiya və texnologiya şirkətlərinin qlobal alyansına qoşuldu
8 iyul 2025 , 10:17
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 96 kq işlənmiş batareya toplanaraq təhvil verilib
7 iyul 2025 , 15:50
Ağdam–Xankəndi dəmir yolu layihəsinin icra müddəti açıqlandı
6 iyul 2025 , 17:10Yaşayışa hazır, təmirli mənzil axtaranların diqqətinə - VİDEO
3 iyul 2025 , 14:39