Bakı dairəvi yolun bir hissəsi açıldı
Bu gün Bakı dairəvi yolunun açılış mərasimi keçirilib. Mərasimində prezident İlham Əliyev də iştirak edib.
Lent.az AzərTAc-a istinadən bildirir ki, açılış mərasimində nəqliyyat naziri Ziya Məmmədov deyib ki, bu avtomobil yolunun tikintisi və yenidən qurulması Azərbaycan hökumətinin, Ərəb İqtisadi İnkişaf Küveyt Fondunun və Abu-Dabi İnkişaf Fondunun ayırdığı vəsait hesabına həyata keçirilmişdir. Onun sözlərinə görə, layihənin reallaşdırılması şimal–cənub beynəlxalq nəqliyyat dəhlizini Böyük İpək Yolu ilə əlaqələndirəcək Bakı şəhərində tıxacların əhəmiyyətli dərəcədə azalmasına, paytaxtın ekoloji vəziyyətinin yaxşılaşmasına imkan verəcək. Həmçinin magistral yol gələcəkdə sayı sürətlə artacaq nəqliyyat vasitələrinin maneəsiz hərəkəti üçün də şərait yaradacaq.
Xatırladaq ki, Nəqliyyat Nazirliyinin sifarişçisi olduğu layihənin podratçı “Makyolcopri İnşaat ve Taahhüt A.Ş.” şirkəti, subpodratçısı “Azərinşaat” MMC-dir. Tikintiyə texniki nəzarəti “Pan Arab Consulting Engineers” şirkəti həyata keçirib. Layihə üç hissədən ibarətdir. Birinci və ikinci hissələr istismara hazırdır. Lökbatan dairəsindən Ələt–Astara yolunun 22-ci kilometrinədək olan üçüncü hissə isə cari ilin sonunda istifadəyə veriləcək. Uzunluğu 21,5 kilometr olan birinci dərəcəli yolda 5 qovşaq və 8 yolötürücüdən ibarətdir.

Oxşar yazılar

Unibankın İdarə Heyəti yenidən formalaşdırılıb
8 iyul 2025 , 15:09
Qaz və elektrik enerjisi ilə bağlı yeni qiymətlər
8 iyul 2025 , 11:45
“Azərlotereya Şans Karvanı” ölkə boyu yola çıxır
8 iyul 2025 , 11:13
"Azercell" telekommunikasiya və texnologiya şirkətlərinin qlobal alyansına qoşuldu
8 iyul 2025 , 10:17
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 96 kq işlənmiş batareya toplanaraq təhvil verilib
7 iyul 2025 , 15:50
Ağdam–Xankəndi dəmir yolu layihəsinin icra müddəti açıqlandı
6 iyul 2025 , 17:10Yaşayışa hazır, təmirli mənzil axtaranların diqqətinə - VİDEO
3 iyul 2025 , 14:39