Bakıda pulların yuyulmasına dair beynəlxalq seminar keçirilir
Maliyyə Monitorinqi Xidmətindən Lent.az-a bildiriblər ki, noyabrın 9-dan başlayan seminar sabah başa çatacaq. Beynəlxalq seminarda hüquq-mühafizə orqanlarının, Maliyyə Monitorinqi Xidmətinin və digər müvafiq dövlət orqanları olmaqla ümumilikdə 7 dövlət orqanının əməkdaşlarından ibarət olan yerli mütəxəssislər iştirak edir. Tədbirə Pakistanın müxtəlif dövlət orqanlarının əməkdaşları da qatılıb. Bu isə keçirilən beynəlxalq seminarda pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə etməyə və qarşılıqlı təcrübə mübadiləsinin aparılmasına imkan yaradır.
Seminar Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və BMT-nin Narkotiklər və Cinayət idarəsinin 4 nəfər beynəlxalq eksperti tərəfindən aparılır. Pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində uzunmüddətli peşəkar iş təcrübəsinə malik olan beynəlxalq ekspertlər tərəfindən keçirilən seminar praktiki xarakter daşıyır. Seminarda təqdimatlarla yanaşı, pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə ilə bağlı konkret nümunələr və ölkə təcrübələri təhlil ediləcək, maliyyə monitorinqi orqanları ilə hüquq-mühafizə orqanları arasında əməkdaşlıq və məlumat bazalarından birgə istifadə məsələlərinə dair müzakirələr aparılır.
Maliyyə Monitorinqi Xidməti son bir il ərzində pulların yuyulmasına və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə mövzusunda 45, o cümlədən beynəlxalq ekspertlərin iştirakı ilə 9 təlim və seminarlar keçirib. Bu təlim və seminarlarda 2700 nəfərdən çox yerli mütəxəssis iştirak edib.

Oxşar yazılar

Unibankın İdarə Heyəti yenidən formalaşdırılıb
8 iyul 2025 , 15:09
Qaz və elektrik enerjisi ilə bağlı yeni qiymətlər
8 iyul 2025 , 11:45
“Azərlotereya Şans Karvanı” ölkə boyu yola çıxır
8 iyul 2025 , 11:13
"Azercell" telekommunikasiya və texnologiya şirkətlərinin qlobal alyansına qoşuldu
8 iyul 2025 , 10:17
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 96 kq işlənmiş batareya toplanaraq təhvil verilib
7 iyul 2025 , 15:50
Ağdam–Xankəndi dəmir yolu layihəsinin icra müddəti açıqlandı
6 iyul 2025 , 17:10Yaşayışa hazır, təmirli mənzil axtaranların diqqətinə - VİDEO
3 iyul 2025 , 14:39