Şabrana investisiya qoyulacaq
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Şabran rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır.
Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, ötən həftə Şabranda yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Şabran rayonu üzrə sahibkarlıq subyektlərindən iki istiqamət üzrə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun sayılıb. İstiqamətlərdən biri intensiv bağçılığın inkişafı, meyvə və tərəvəz məhsullarının saxlanılması üçün müasir soyuducu anbar, digəri isə müalicəvi sanatoriya-kurort komplekslərinin yaradılmasını nəzərdə tutur.
İnvestisiya layihələrinin qəbulu noyabrın 9-dan başlayıb. Müsabiqədə iştirak etmək istəyən sahibkarlıq subyektləri müvəkkil kredit təşkilatları vasitəsilə Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilər.
Elxan SALAHOV

Oxşar yazılar

Unibankın İdarə Heyəti yenidən formalaşdırılıb
8 iyul 2025 , 15:09
Qaz və elektrik enerjisi ilə bağlı yeni qiymətlər
8 iyul 2025 , 11:45
“Azərlotereya Şans Karvanı” ölkə boyu yola çıxır
8 iyul 2025 , 11:13
"Azercell" telekommunikasiya və texnologiya şirkətlərinin qlobal alyansına qoşuldu
8 iyul 2025 , 10:17
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 96 kq işlənmiş batareya toplanaraq təhvil verilib
7 iyul 2025 , 15:50
Ağdam–Xankəndi dəmir yolu layihəsinin icra müddəti açıqlandı
6 iyul 2025 , 17:10Yaşayışa hazır, təmirli mənzil axtaranların diqqətinə - VİDEO
3 iyul 2025 , 14:39