Çörək istehsalı müəssisinin yaradılmasına dair 17 təklif
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunda müasir standartlara cavab verən çörək istehsalı müəssisəsinin yaradılması və ya müasir texnologiyaların tətbiqi ilə yenidən qurulması üzrə investisiya layihələrinin maliyyələşdirilməsinə dair sahibkarlıq subyektlərinin təqdim etdiyi təkliflərə baxılıb. Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, fonda daxil olmuş 17 təklifdən 8-i Bakı, 4-ü Aran, 3-ü Quba-Xaçmaz, 1-i Abşeron, 1-i isə Gəncə-Qazax iqtisadi rayonlarındandır. Layihələrin ümumi dəyəri 27,3 milyon, güzəştli kreditə olan tələbat isə 17,6 milyon manatdır. Yaxın günlərdə daxil olan layihələrin monitorinqi keçiriləcək və bu layihələrin nə qədər tələblərə cavab verməsi araşdırılandan sonra onlardan hansılarının maliyyələşdiriləcəyi müəyyənləşəcək.
Bu gün həmçinin intensiv bağçılığın (alma, armud, üzüm, ərik, şaftalı, nar, xirnik, gilas, albalı, gavalı, göyəm, alça, zeytun, zoğal, eləcə də subtropik və sitrus meyvə bağlarının salınması) və tingliliyin inkişafı üzrə investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə sahibkarlıq subyektlərindən təkliflərinin qəbulu üçün verilmiş elan üzrə sahibkarlıq subyektlərinin təqdim etdikləri 12 təklif zərfinə də baxılıb. Güzəştli qaydada maliyyələşdiriləcək investisiya layihələrinin adları elan edilib.
Elxan SALAHOV

Oxşar yazılar

Unibankın İdarə Heyəti yenidən formalaşdırılıb
8 iyul 2025 , 15:09
Qaz və elektrik enerjisi ilə bağlı yeni qiymətlər
8 iyul 2025 , 11:45
“Azərlotereya Şans Karvanı” ölkə boyu yola çıxır
8 iyul 2025 , 11:13
"Azercell" telekommunikasiya və texnologiya şirkətlərinin qlobal alyansına qoşuldu
8 iyul 2025 , 10:17
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 96 kq işlənmiş batareya toplanaraq təhvil verilib
7 iyul 2025 , 15:50
Ağdam–Xankəndi dəmir yolu layihəsinin icra müddəti açıqlandı
6 iyul 2025 , 17:10Yaşayışa hazır, təmirli mənzil axtaranların diqqətinə - VİDEO
3 iyul 2025 , 14:39