Azərbaycanın neft hasilatı 2014-cü ildə ən yüksək həddə çatacaq
0
0
Beynəlxalq Enerji Agentliyi “Dünyanın enerji mənzərəsi” adlı illik hesabat açıqlayıb.
Lent.az-ın məlumatına görə, hesabatda dünyanın enerji bazarında mövcud vəziyyət təhlil olunub, həmçinin 2035-ci ilədək mümkün proqnozlar verilir. Sənədin Xəzər regionu ölkələrindən bəhs edən bölməsində göstərilir ki, Azərbaycanda neft hasilatı 2014-cü ildə ən yüksək həddə çatacaq. Həmin il ölkəmizdə gün ərzində 1,3 milyon barel neft hasil olunacaq. Bundan sonra 2020-ci ilə qədər hasilat enməyə başlayacaq. 2035-ci ildə isə Azərbaycanın neft hasilatı ən aşağı səviyyəyə - günə 0,9 milyon barelə enəcək.
Dünyanın 28 ölkəsini birləşdirən Beynəlxalq Enerji Agentliyinin hesabatında Xəzər regionu ölkələrində qaz hasilatının da artacağı bildirilir. Sənədə görə, əsasən Türkmənistan, Azərbaycan və Qazaxıstanın hesabına 2035-ci ildə Xəzərdən qaz hasilatı 310 milyard kubmetrə çatacaq.
Elxan SALAHOV