50 müştəri “Unibank”dan mobil telefon qazandı
Bankın marketinq şöbəsindən Lent.az-a verilən məlumata görə, “Mobitel” şirkətinin dəstəyi ilə təşkil olunan aksiyada sentyabr ayındakı təcili pul köçürmələri əməliyyatları aparan 50 müştəri “Nokia Supernova 7210” mobil telefonları qazanıblar. Bütün qaliblər müstəqil müşahidəçilərin iştirakı ilə təsadüfi kompüter seçimi üsulu əsasında müəyyən olunublar. Onların tam siyahısı “Unibank”ın rəsmi saytında (www.unibank.az) və “ZAMAN-Azəri” qəzetinin bu gün çıxan nömrəsində açıqlanıb.
Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində qeydiyyatdan keçən lotereyanın şərtlərinə əsasən, ən azı 300 USD, EUR və ya 9000 RUR həcmdə təcili pul köçürməsi göndərən və ya alanlar uduşların oynanılmasında iştirak edirlər. Nəticədə ötən ayın yekunlarına görə Bankın 5409 müştərisi “QƏŞŞŞŞƏNG” kampaniyasına qoşularaq, lotereyada iştirak üçün şans qazanıb.
Xatırladaq ki, 300 USD, EUR və ya 9000 RUR məbləğində olan hər bir pul köçürməsi uduş üçün 1 şans verir. “Unibank” tərəfindən bu şansların sayı məhdudlaşmadığından həmin məbləğdə pul köçürmələrinin sayı artdıqca lotereya iştirakçılarının şansları artır. “QƏŞŞŞŞƏNG” kampaniyası çərçivəsində “Unibank”la pul köçürün və ya alın, Mobitel zəmanətli Nokia Supernova telefonları qazanın!!” tirajlı stimullaşdırıcı lotereyanın növbəti tirajı dekabrın 10-da Bankın baş ofisində keçiriləcək.
Hazırda “Unibank” səkkiz pul köçürmələri sistemi - “Western Union”, “Faster”, “Xpress Money”, “Bıstraya Poçta”, “Coinstar”, “BLİZKO”, “Zolotaya Korona”, “Contact” ilə işləyir.

Oxşar yazılar

Unibankın İdarə Heyəti yenidən formalaşdırılıb
8 iyul 2025 , 15:09
Qaz və elektrik enerjisi ilə bağlı yeni qiymətlər
8 iyul 2025 , 11:45
“Azərlotereya Şans Karvanı” ölkə boyu yola çıxır
8 iyul 2025 , 11:13
"Azercell" telekommunikasiya və texnologiya şirkətlərinin qlobal alyansına qoşuldu
8 iyul 2025 , 10:17
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 96 kq işlənmiş batareya toplanaraq təhvil verilib
7 iyul 2025 , 15:50
Ağdam–Xankəndi dəmir yolu layihəsinin icra müddəti açıqlandı
6 iyul 2025 , 17:10Yaşayışa hazır, təmirli mənzil axtaranların diqqətinə - VİDEO
3 iyul 2025 , 14:39