Sumqayıtda elektrik enerjisi dəyərinin ödənişi 100 faizi keçib
Sumqayıt Şəhər İcra Hakimiyyətindən Lent.az-a bildirib ki, ötən ay ərzində şəhərin güzəştsiz əhali qrupu tərəfindən 600,98 min manat dəyərində, 10016,35 min kilovatt/saat elektrik enerjisi istifadə edilib. Bunun müqabilində əhali tərəfindən 662,1 min manat dəyərində ödəniş olub.
İcra Hakimiyyətindən deyiblər ki, hazırda Sumqayıt şəhərinin güzəştsiz əhali kateqoriyası üzrə 79501 nəfər abonent var. Şəhər üzrə ümumilikdə 76113 ədəd elektrik sayğacı quraşdırılıb.
Yeri gəlmişkən, Sumqayıt şəhərində su sayğaclarının qurulması sahəsində də ciddi irəliləyişlər müşahidə olunur. “Azərsu” SC Su ölçü cihazlarının istismarı təsərrüfatı və su satışı müəssisəsinin Sumqayıt filialından verilən məlumata görə, hazırda bu şəhərdə güzəştsiz əhalinin 66,2 faizi su sayğacı ilə təmin edilib. 2010-cu ilin oktyabr ayında şəhərin güzəştsiz əhalisinə 415 min manat dəyərində içməli su verilib. Bunun müqabilində əhali tərəfindən 267 min manat dəyərində ödəniş olub ki, bu da 64,3 faiz təşkil edir.
Ötən ay Sumqayıtda 44574 abonent sudan istifadə haqlarını ödəyib. Hazırda Sumqayıt şəhərinin güzəştsiz əhali kateqoriyası üzrə 68470 nəfər abonent var.
Elxan SALAHOV

Oxşar yazılar

Unibankın İdarə Heyəti yenidən formalaşdırılıb
8 iyul 2025 , 15:09
Qaz və elektrik enerjisi ilə bağlı yeni qiymətlər
8 iyul 2025 , 11:45
“Azərlotereya Şans Karvanı” ölkə boyu yola çıxır
8 iyul 2025 , 11:13
"Azercell" telekommunikasiya və texnologiya şirkətlərinin qlobal alyansına qoşuldu
8 iyul 2025 , 10:17
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 96 kq işlənmiş batareya toplanaraq təhvil verilib
7 iyul 2025 , 15:50
Ağdam–Xankəndi dəmir yolu layihəsinin icra müddəti açıqlandı
6 iyul 2025 , 17:10Yaşayışa hazır, təmirli mənzil axtaranların diqqətinə - VİDEO
3 iyul 2025 , 14:39