4 şirkət eyni məqsədli xidmətlər göstərəcək
Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi Layihəsi çərçivəsində 4 istiqamətdə məsləhətçi şirkətlərin seçilər seçilib. Beynəlxalq tenderdə qalib gəlmiş “Ecodenge” (Türkiyə), “Integrated Skills” (Böyük Britaniya), “Harress Pikel Consult AG” (Yunanıstan) və “ACEP” (Azərbaycan) şirkətləri artıq fəaliyyətə başlayıb.
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, Türkiyənin “Ecodenge” şirkəti ilə müqavilə imzalanıb. Bu xidmətlərə əsasən, Bakı şəhərində bərk məişət tullantılarının idarəçiliyi üzrə 20 illik inkişaf strategiyasının və “Təmiz Şəhər” ASC üçün strateji yenidənqurma planının hazırlanması nəzərdə tutulur. Bundan başqa, əhali sayının proqnozlaşdırılması, mövcud tullantı idarəçiliyi sistemi, tullantıların tərkibinin tədqiqi, institusional və maliyyə analizi, tariflərin öyrənilməsi və hüquqi aspektlər üzrə analitik təhlillərin aparılması planlaşdırılır.
Böyük Britaniyanın “Integrated Skills” şirkəti ilə imzalanmış müqavilə “Təmiz Şəhər” ASC-də ən yüksək keyfiyyət standartlarına əsaslanan müasir bərk məişət tullantıları idarəçiliyinin qurulması, inkişafı və gələcək fəaliyyətini formalaşdırılmasını nəzərdə tutur.
Balaxanı poliqonu daxil olmaqla, tullantı poliqonlarının bərpası və ya bağlanması üzrə məsləhət xidmətlərinin həyata keçirəcək “Harress Pikel Consult AG” şirkəti ilə imzalanmış müqaviləyə Bakı şəhəri ərazisində tullantıların idarə edilməsi sisteminin təkmilləşdirilməsi və bərk məişət tullantılarının ətraf mühitə zərərli təsirinin azaldılması aiddir.
Azərbaycanın “ACEP” şirkətinin göstərəcəyi xidmətlər isə layihənin komponentlərinin ətraf mühitə təsirinin qiymətləndirilməsi və idarəçiliyi planını hazırlamaqdan ibarətdir. Şirkət bu plan vasitəsilə Bakı şəhəri ərazisində tullantıların idarə edilməsi sisteminin təkmilləşdirilməsi və bərk məişət tullantılarının ətraf mühitə zərərli təsirinin azaldılması həyata keçiriləcəkdir.
Elxan SALAHOV

Oxşar yazılar

“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 96 kq işlənmiş batareya toplanaraq təhvil verilib
7 iyul 2025 , 15:50
Ağdam–Xankəndi dəmir yolu layihəsinin icra müddəti açıqlandı
6 iyul 2025 , 17:10Yaşayışa hazır, təmirli mənzil axtaranların diqqətinə - VİDEO
3 iyul 2025 , 14:39
Azərbaycanın bu rayonunda işıqlar kəsiləcək
3 iyul 2025 , 09:22
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
2 iyul 2025 , 16:35
Birbank Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu
2 iyul 2025 , 11:29
Azercell və Cüdo Federasiyasının “Doğru yol budur” layihəsi beynəlxalq mükafata layiq görülüb
2 iyul 2025 , 11:11