Bakıda mənşəyi məlum olmayan 2 ton ət aşkarlandı
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Bakıda Mirzə Rzaxanova məxsus obyektdə mənşəyi bəlli olmayan 2 tondan çox ət aşkarlayıb.
Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Nəsimi rayonu, Tağızadə küçəsi-23 ünvanında aparılan yoxlama zamanı soyuducularda saxlanılan ətə orqoneleptik baxış keçirilərkən onlarda kəskin qaralma və qeyri-spesifik iyin olduğu müəyyən edilib. Mənşəyi bəlli olmayan ətdən nümunələr götürülərək laborator müayinəyə göndərilib və laborator müayinənin nəticəsi məlum olanadək satışı dayandırılıb.
Hazırda Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən araşdırmalar davam edir. Dövlət Xidməti istehlakçılara ət alarkən diqqətli olmağı tövsiyə edir.
Elxan SALAHOV

Oxşar yazılar

“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 96 kq işlənmiş batareya toplanaraq təhvil verilib
7 iyul 2025 , 15:50
Ağdam–Xankəndi dəmir yolu layihəsinin icra müddəti açıqlandı
6 iyul 2025 , 17:10Yaşayışa hazır, təmirli mənzil axtaranların diqqətinə - VİDEO
3 iyul 2025 , 14:39
Azərbaycanın bu rayonunda işıqlar kəsiləcək
3 iyul 2025 , 09:22
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
2 iyul 2025 , 16:35
Birbank Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu
2 iyul 2025 , 11:29
Azercell və Cüdo Federasiyasının “Doğru yol budur” layihəsi beynəlxalq mükafata layiq görülüb
2 iyul 2025 , 11:11