Kürdəmirdə sahibkarlara güzəştli kredit verilib
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini bu gün Kürdəmirdə keçirib. Sahibkarlığın inkişafına dövlət dəstəyi, sahibkarların investisiya layihələrinin güzəştli şərtlərlə kreditləşdirilməsi və onların maarifləndirilməsi məqsədilə təşkil olunan tədbirdə Kürdəmir və ətraf rayonlarda fəaliyyət göstərən 300-dək sahibkar iştirak edib.
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, tədbirdən əvvəl əsas hissəsi güzəştli kreditlər hesabına maliyyələşdirilən "Azərsun Holdinq"in, "AAC" MMC-nin və "AS Kompani" MMC-nin Kürdəmirdə inşa etdirdiyi müəssisələrə baxış keçirilib. "Azərsun Holdinq"in Kürdəmirdə inşa etdirdiyi süd emalı müəssisəsinin illik istehsal gücü 8,4 min ton, "AAC" MMC-nin Abşeronda tikdiyi beton blokların istehsalı müəssisəsinin illik 160 min kubmetr, "AS Kompani"nin isə əhəng istehsalı müəssisəsinin illik gücü 30 min tondur.
Hər üç müəssisədə aparılan tikinti işlərinə keçirilən baxışdan sonra "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbiri öz işinə başlayıb. Tədbirdə Kürdəmir rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Şahbazov çıxış edərək ölkədə həyata keçirilən dövlət proqramlarının icrasından danışıb. O qeyd edib ki, bu proqramların icrası nəticəsində regionların davamlı inkişafı təmin edilib, sosial infrastruktur yenidən qurulub, sahibkarlıq fəaliyyətinin daha da genişlənməsi üçün əlverişli biznes mühiti formalaşıb.
İqtisadi İnkişaf Nazirliyinin Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdir müavini Fərrux Dadaşov və Sahibkarlığın inkişafı siyasəti şöbəsinin sektor müdiri Rauf Əliyev çıxışlarında Azərbaycanda həyata keçirilən iqtisadi siyasət nəticəsində regionların sosial-iqtisadi inkişafındakı yenilikləri diqqətə çatdırıblar. Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev isə deyib ki, 2010-cu ilin ötən dövründə 1271 sahibkara 97,9 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 4800-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Verilmiş kreditlərin 99,8 faizi regionların payına düşür.
Tədbir çərçivəsində həmçinin, müvəkkil kredit təşkilatları vasitəsilə Kürdəmir və ətraf rayonlarda fəaliyyət göstərən 25 sahibkarlıq subyektinə 294 min manat güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 50-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Elxan SALAHOV

Oxşar yazılar

“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 96 kq işlənmiş batareya toplanaraq təhvil verilib
7 iyul 2025 , 15:50
Ağdam–Xankəndi dəmir yolu layihəsinin icra müddəti açıqlandı
6 iyul 2025 , 17:10Yaşayışa hazır, təmirli mənzil axtaranların diqqətinə - VİDEO
3 iyul 2025 , 14:39
Azərbaycanın bu rayonunda işıqlar kəsiləcək
3 iyul 2025 , 09:22
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
2 iyul 2025 , 16:35
Birbank Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu
2 iyul 2025 , 11:29
Azercell və Cüdo Federasiyasının “Doğru yol budur” layihəsi beynəlxalq mükafata layiq görülüb
2 iyul 2025 , 11:11