Bakıda daha bir körpü istifadəyə verilib
Bakıda şəhərində “Azadlıq” və Ziya Bünyadovun adını daşıyan prospektlərinin kəsişməsində yerləşən yol qovşağının III mərhələsi istifadəyə verilib.
Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, hazırda yol qovşağının kommunikasiya xətlərinin olduğu ərazidən keçməsi ilə əlaqədar işlər davam etdirilir. Bu səbəbdən də qovşaq tam şəkildə 2011-ci ildə hazır olacaq.
Xatırladaq ki, körpünün I mərtəbəsi “Azadlıq” prospekti boyunca hərəkəti təmin edir. II mərtəbə xidmət sahələri, habelə piyada keçidlərindən ibarətdir. Üçüncü mərhələ isə nəqliyyat vasitələrinin sərbəst hərəkətini təmin etmək üçün nəzərdə tutulub. Burada nəqliyyatın və piyadaların hərəkəti bütün istiqamətlərdə maneəsiz olaraq, həyata keçirilir. Bu kompleksin IV mərhələsinin açılışı 2011-ci ilin birinci yarısında baş tutacaq. Bu zaman dayanacaq, xidmət və piyada keçidlərinin tam istifadəyə verilməsi ilə yol qovşağı tamamilə istismara veriləcək.
Elxan SALAHOV

Oxşar yazılar

“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 96 kq işlənmiş batareya toplanaraq təhvil verilib
7 iyul 2025 , 15:50
Ağdam–Xankəndi dəmir yolu layihəsinin icra müddəti açıqlandı
6 iyul 2025 , 17:10Yaşayışa hazır, təmirli mənzil axtaranların diqqətinə - VİDEO
3 iyul 2025 , 14:39
Azərbaycanın bu rayonunda işıqlar kəsiləcək
3 iyul 2025 , 09:22
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
2 iyul 2025 , 16:35
Birbank Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu
2 iyul 2025 , 11:29
Azercell və Cüdo Federasiyasının “Doğru yol budur” layihəsi beynəlxalq mükafata layiq görülüb
2 iyul 2025 , 11:11