Daşınmaz əmlakın vahid kadastrı yaradılır
Komitənin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, daşınmaz əmlakın vahid kadastrına torpaq sahələri, bina, tikili, qurğu, yaşayış binaları, mənzillər, kommunikasiya obyektləri, meşə sahələri, sututarlar, əmlak kompleksləri haqqında zəruri mətn və qrafik məlumatları daxil ediləcək. Həmin məlumatlar prezidentin müvafiq fərmanı əsasında bələdiyyələrin xəritələrinin hazırlanması məqsədi ilə yerlərdə aparılan işlərdə istifadə olunacaq. Artıq ayrı-ayrı daşınmaz əmlak obyektləri üzrə kadastr aparan icra hakimiyyəti orqanlarından onlarda olan kadastr məlumatlarının, habelə daşınmaz əmlaka dair hüquqların qeydiyyatı ilə bağlı ərazi idarələrində aparılan kadastr işlərinə dair sənəd və məlumatların müəyyən edilmiş qaydada alınması, təhlil edilməsi və daşınmaz əmlakın vahid kadastr bazasına daxil edilməsi istiqamətində də tədbirlər görülüb.
Mətbuat xidmətində bildirirlər ki, Dünya Bankının Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi çərçivəsində 4 milyon hektar ərazisini əhatə edən daşınmaz əmlakın rəqəmli kadastr xəritələrinin hazırlanması üçün texniki spesifikasiyalar və tələblər müəyyən edilib. Hazırda tender təkliflərinin qiymətləndirilməsi işləri aparılır və nəticəsindən asılı olaraq icra işlərinə başlanılacaq. Layihə çərçivəsində daşınmaz əmlakın rəqəmli kadastr xəritələrinin yaradılması üçün aero və kosmik çəkilişlər aparılmaqla ölkənin ərazisinin ortofoto xəritələri hazırlanıb.
Bundan başqa, daşınmaz əmlakın vahid dövlət kadastrı işlərinin aparılmasının dəstəklənməsi məqsədilə Gəncə və Şəki şəhərlərində kadastr və daşınmaz əmlakın qeydiyyatı sahəsində Almaniya təcrübəsi əsasında işlərin müasirləşdirilməsi təmin ediləcək. Belə ki, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə KfW, Frankfurt am Main arasında “Kadastr və Daşınmaz Əmlakın Qeydiyyatı” layihəsinin həyata keçirilməsi üzrə Maliyyələşdirmə Müqaviləsi”nin – Konsepsiya Fazasının icrasına başlanıb. Almaniya Hökumətinin dəstəyi ilə iki mərhələdə aparılacaq işin nəticəsində Gəncə və Şəkinin daha mükəmməl kadastr və qeydiyyat sistemi qurulacaq.
Elxan SALAHOV

Oxşar yazılar

Ağdam–Xankəndi dəmir yolu layihəsinin icra müddəti açıqlandı
6 iyul 2025 , 17:10Yaşayışa hazır, təmirli mənzil axtaranların diqqətinə - VİDEO
3 iyul 2025 , 14:39
Azərbaycanın bu rayonunda işıqlar kəsiləcək
3 iyul 2025 , 09:22
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
2 iyul 2025 , 16:35
Birbank Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu
2 iyul 2025 , 11:29
Azercell və Cüdo Federasiyasının “Doğru yol budur” layihəsi beynəlxalq mükafata layiq görülüb
2 iyul 2025 , 11:11
Azərbaycanda maşın bazarındakı SATICI FIRILDAQLARI - Araşdırma
2 iyul 2025 , 10:04