MSŞT haqqında qanun layihəsi hazırlanır
“Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü haqqında” qanunla bağlı ilk ictimai müzakirə aparılıb
Bu gün Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının təşkilatçılığı ilə “Mədən sənayesində şəffaflığın təmin edilməsinin qanunvericilik əsasları” mövzusunda konfrans keçirilib. Lent.az-ın məlumatına görə, tədbirdə MSŞT Koalisiyası Şurasının əlaqələndiricisi Sabit Bağırov çıxış edərək şəffaflıq təşəbbüsünün hüquqi bazasının yaradılmasının əhəmiyyətindən danışıb. O Azərbaycanda MSŞT-nin tətbiqi, əldə olunmuş nailiyyətlər və mövcud problemləri qeyd edib və bildirib ki, Koalisiya “Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü haqqında” qanun layihəsi hazırlayır.
Daha sonra Koalisiyanın Şura üzvü Sahib Məmmədovun mövzu ilə bağlı təqdimatla çıxış edib. Ekspert çıxışında MSŞT sahəsində mövcud vəziyyətin mənfi və müsbət aspektləri və digər ölkələrin təcrübəsindən bəhs edib. Tədbirdə “MSŞT Haqqında Qanunun qəbulu nəyi həll edə bilər” sualı ətrafında geniş təhlillər aparılıb.
Dövlət Neft Fondunun, Milli Bankın nümayəndələrinin, beynəlxalq təşkilatlar və media nümayəndələrinin iştirakı ilə keçirilən konfransda Zöhrab İsmayılov, İnqilab Əhmədov, Sevgim Rəhmanov, Qubad İbadoğlu, Əliməmməd Nuriyev, Fəridə Hüseynova da “Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü haqqında” qanuna ehtiyac yarandığını və bu sənəddə ən xırda məqamların nəzərə alınmalı olduğunu vurğulayıblar. Regionda belə bir qanunun olmadığına diqqət yönəldən mütəxəssislər onu da qeyd ediblər ki, hazırlanacaq qanun daha çox şəffaflıq məsələlərini özündə ehtiva etməli və daha uzaq perspektivlərə söykənməlidir.

Oxşar yazılar

Ağdam–Xankəndi dəmir yolu layihəsinin icra müddəti açıqlandı
6 iyul 2025 , 17:10Yaşayışa hazır, təmirli mənzil axtaranların diqqətinə - VİDEO
3 iyul 2025 , 14:39
Azərbaycanın bu rayonunda işıqlar kəsiləcək
3 iyul 2025 , 09:22
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
2 iyul 2025 , 16:35
Birbank Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu
2 iyul 2025 , 11:29
Azercell və Cüdo Federasiyasının “Doğru yol budur” layihəsi beynəlxalq mükafata layiq görülüb
2 iyul 2025 , 11:11
Azərbaycanda maşın bazarındakı SATICI FIRILDAQLARI - Araşdırma
2 iyul 2025 , 10:04