Şəmkirdə platin yatağı tapılıb
Azərbaycan geoloqlarının apardığı kəşfiyyat işləri nəticəsində Şəmkir rayonu ərazisində platin və digər qiymətli metalların olduğu barədə danışmaq mümkündür. “APA-ECONOMICS”in məlumatına görə, bunu ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov bildirib.
Nazir son vaxtlar qiymətli metal yataqlarının ölkənin müxtəlif rayonlarında aşkar edildiyini bildirib. Belə ki, Azərbaycanda hələ SSRİ dövründən tapılmış qızıl və qiymətli metallar yataqları 1997-ci ildə imzalanmış müqaviləyə əsasən “RV Investment Group” şirkətinin iştirakı ilə yaradılmış konsorsium tərəfindən istismar edilir – bu işlər çərçivəsində indi Gədəbəydə qızıl hasil olunur.
Bununla yanaşı 6-7 il bundan əvvəl Azərbaycan geoloqları “Çovdar” yatağında böyük qızıl ehtiyatları aşkar ediblər. Bu yataqların işlənməsi üçün yeni konsorsium yaradılıb və indi burada qızıl hasilatına başlamaq üçün hazırlıq işləri aparılır. Azərbaycan geoloqlarının apardığı kəşfiyyat işləri nəticəsində Göygöl rayonunda indiyədək aşkar edilən yataqlardan daha zəngin qızıl yatağı aşkar olunub.
Ümumilikdə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyət göstərdiyi təkcə son 10 ildə Azərbaycanda 150-yə yaxın yeni faydalı qazıntı yatağı tapılıb, istismara verilib, istifadəyə verilib və ya dövlət ehtiyatına götürülüb. Tapılan yataqların böyük hissəsi indi böyük ehtiyac olan inşaat materiallarına aiddir.

Oxşar yazılar
Yaşayışa hazır, təmirli mənzil axtaranların diqqətinə - VİDEO
3 iyul 2025 , 14:39
Azərbaycanın bu rayonunda işıqlar kəsiləcək
3 iyul 2025 , 09:22
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
2 iyul 2025 , 16:35
Birbank Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu
2 iyul 2025 , 11:29
Azercell və Cüdo Federasiyasının “Doğru yol budur” layihəsi beynəlxalq mükafata layiq görülüb
2 iyul 2025 , 11:11
Azərbaycanda maşın bazarındakı SATICI FIRILDAQLARI - Araşdırma
2 iyul 2025 , 10:04
Bakının bu qəsəbəsində işıq olmayacaq
2 iyul 2025 , 09:15