Azərbaycanda yeni SES tikilir
Yuxarı Şirvan kanalının Göyçay rayonunun Bığır kəndi ərazisindən keçən əlverişli və münasib hissəsində, gücü 3 MVt olan “Göyçay-1” SES-in inşasına başlanıb. Lent.az-ın “Azərenerji” ASC-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, stansiyada tikinti işlərini “AZENCO” ASC həyata keçirir.
Artıq əraziyə kifayət qədər maşın və mexanizm gətirilib, işçi qüvvəsi komplektləşdirilib. İnşaatçılar hazırda müxtəlif istiqamətlərdə iş aparırlar. Suqəbuledicinin şlüz hissəsində tikinti-quraşdırma işləri yerinə yetirilir. Obyektdə ikinövbəli iş rejimi tətbiq edilir. Buraya yeni transformator qoyulub, elektrik dirəkləri basdırılıb və tikinti ilk növbədə dayanıqlı elektrik enerjisi ilə təchiz edilib. İşçilərə gündə iki dəfə isti yemək verilir.
Yeri gəlmişkən, stansiyanın özülündə aparılacaq betontökmə işlərinə də hazırlıq görülür. İnşaatçılar zəruri torpaq işlərini görərək, stansiyanın ucaldılacağı yeri hazır vəziyyətə gətiriblər. Ərazidə suyun səviyyə fərqi on iki metr olacaq ki, bu da hidroaqreqatların mükəmməl işləməsinə şərait yaradacaq.
Qrunt sularının həddindən artıq çox olması işin sürətinə müəyyən qədər maneə törətsə də, inşaatçı-quraşdırıcılar obyekti nəzərdə tutulmuş vaxtda istifadəyə vermək üçün səylə çalışırlar.

Oxşar yazılar

Ağdam–Xankəndi dəmir yolu layihəsinin icra müddəti açıqlandı
6 iyul 2025 , 17:10Yaşayışa hazır, təmirli mənzil axtaranların diqqətinə - VİDEO
3 iyul 2025 , 14:39
Azərbaycanın bu rayonunda işıqlar kəsiləcək
3 iyul 2025 , 09:22
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
2 iyul 2025 , 16:35
Birbank Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu
2 iyul 2025 , 11:29
Azercell və Cüdo Federasiyasının “Doğru yol budur” layihəsi beynəlxalq mükafata layiq görülüb
2 iyul 2025 , 11:11
Azərbaycanda maşın bazarındakı SATICI FIRILDAQLARI - Araşdırma
2 iyul 2025 , 10:04