Bakıdakı tarixi yaşayış binaları hərraca çıxarıla bilər
“Böyük Bakının Regional İnkişaf Planı” Layihəsinin icra qrupunun rəhbəri Novruz Eldarlı “APA-ECONOMICS”ə bildirib ki, memarların əksəriyyətinin dəstəklədiyi təklifə əsasən, həmin binalardakı mənzillərin hərraca çıxarılması, yeni sakinlər tərəfindən abadlaşdırılması şərti ilə, hərracda satılması nəzərdə tutulur. Həmin mənzillərin indiki sakinlərinin isə başqa ərazilərdə evlərlə təmin olunması təklif edilir.
N.Eldarlı bildirib ki, əsas məqsəd həmin binaların tamamilə abadlaşdırılmasıdır: “Bunlar sovet dövrünün nəticələridir ki, belə bahalı - mərkəzi ərazilərdə yerləşən binalarda imkansız insanlar yaşayırlar. Nəticəsi də odur ki, həmin adamlar bu tarixi binalara baxa bilmirlər. Bəzi binaların sakinləri hətta evin girişini lazımi səliqədə saxlaya bilmir və nəticədə həmin memarlıq abidələri sökülür, halbuki bu Bakının tarixidir. Ona görə də həmin şəxslər ya kifayət qədər kompensasiya ödəməklə, ya da uyğun mənzillə təmin olunmaqla başqa yerə köçürülməlidir. Evdən çıxmaq istəməyənlərin qarşısına isə bu binaların abadlaşdırılması, yaxşı vəziyyətdə saxlanması ilə bağlı sərt tələblər qoyulmalıdır. Binaları yaxşı vəziyyətdə saxlamaq üçün başqa yol yoxdur - bu, bütün dünyanın praktikasıdır”.
Təkliflərdə tarixi və memarlıq abidələrinin arasında yerləşən daxmaların sökülərək onların yerində sağlam, yüksək keyfiyyətli memarlığa malik, küçələrin siluetini (hündürlüyünü) pozmadan yeni binaların tikilməsi də nəzərdə tutulur.
Bakıya turistlərin marağının artırılması üçün digər təklif hazırda paytaxtın Nərimanov və Azərbaycan prospektləri arasındakı ərazidə yerləşən yaşayış binalarının da abadlaşdırılması və həmin ərazinin Bakının tarixi mərkəzi olan İçərişəhərin ətrafına birləşdirilməsidir: “Bu ərazilərdəki binaların 50%-dən çoxu qiymətli və tarixi binalardır”.

Oxşar yazılar
Yaşayışa hazır, təmirli mənzil axtaranların diqqətinə - VİDEO
3 iyul 2025 , 14:39
Azərbaycanın bu rayonunda işıqlar kəsiləcək
3 iyul 2025 , 09:22
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
2 iyul 2025 , 16:35
Birbank Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu
2 iyul 2025 , 11:29
Azercell və Cüdo Federasiyasının “Doğru yol budur” layihəsi beynəlxalq mükafata layiq görülüb
2 iyul 2025 , 11:11
Azərbaycanda maşın bazarındakı SATICI FIRILDAQLARI - Araşdırma
2 iyul 2025 , 10:04
Bakının bu qəsəbəsində işıq olmayacaq
2 iyul 2025 , 09:15