Qusarın Cibir kəndində müasir ATS-in açılışı olub
0
0
Bu gün Qusar rayonunun Cibir kəndində 128 saylı elektron tipli müasir ATS-in açılışı olub. Açılış mərasimində kənd sakinləri, rayon icra hakimiyyətinin rəsmiləri və millət vəkili Azər Badamov iştirak edib. Mərasimdə qeyd olunub ki, bu, rayonda istifadəyə verilən sayca 16-cı elektron ATS-dir. Gələcəkdə daha 4 belə ATS-in istifadəyə verilməsi planlaşdırılır.
Qeyd edək ki, elektron ATS-in quraşdırılmasına Qusar rayon icra hakimiyyətinin başçısı Şair Alxasovun Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə etdiyi müraciətdən sonra başlanılıb.
Cibir kəndində bu günə qədər ATS olmayıb.
Vəli Turan