DəmirBank ABŞ-ın maliyyə təşkilatı ilə kredit müqaviləsi imzalayıb
Üç il müddətinə imzalanan kredit müqaviləsi Azərbaycanda sahibkarlığın müxtəlif sahələrinə mikro və kiçik həcmli kreditlərin verilməsini nəzərdə tutur. Bununla da, DəmirBank və DWM fondu arasında bağlanmış müqavilələr üzrə cəlb edilmiş məbləğin ümumi həcmi 7,5 mln. ABŞ dolları təşkil edir.
“DəmirBank mikro və kiçik biznes sahəsini daim diqqət mərkəzində saxlayır. Onların maliyyə imkanlarının artması, əsas və dövriyyə istehsal fondlarının yaxşılaşdırılması bizim üçün çox vacibdir. İqtisadiyyatın bu seqmenti əhalinin rifah halının yüksəlməsinə, yeni iş yerlərinin açılmasına öz töhfəsini verir və bu da DəmirBank-ın sosial yönümlü strategiyasına tam uyğundur. Bu məqsədlə, Bank bu sahənin kreditləşməsini davam etdirir və genişləndirir” - deyə İdarə Heyətinin sədr müavini Yusif Cabbarov qeyd edib.
DəmirBank hazırda müxtəlif kredit proqramları üzrə 20-dən çox beynəlxalq təşkilatla əməkdaşlıq edir. Bu sırada Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO), Qara Dəniz Ticarət və İnkişaf Bankı, Alman-Azərbaycan Fondu, DEG Almaniya İnvestisiya Şirkəti, OFID Beynəlxalq İnkişaf Fondu, İslam Korporasiyası, USAID (ABŞ), Rosemount Global Fondu (ABŞ), BANIF (Portuqaliya), SIFEM AG İnvestisiya Fondu (İsveçrə), ING BANK (Hollandiya) və digər beynəlxalq təşkilatları qeyd etmək olar.

Oxşar yazılar
Yaşayışa hazır, təmirli mənzil axtaranların diqqətinə - VİDEO
3 iyul 2025 , 14:39
Azərbaycanın bu rayonunda işıqlar kəsiləcək
3 iyul 2025 , 09:22
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
2 iyul 2025 , 16:35
Birbank Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu
2 iyul 2025 , 11:29
Azercell və Cüdo Federasiyasının “Doğru yol budur” layihəsi beynəlxalq mükafata layiq görülüb
2 iyul 2025 , 11:11
Azərbaycanda maşın bazarındakı SATICI FIRILDAQLARI - Araşdırma
2 iyul 2025 , 10:04
Bakının bu qəsəbəsində işıq olmayacaq
2 iyul 2025 , 09:15