Arazın yeni qolu üzərində körpü tikilir
Ötən ilin aprel-may aylarında ölkə ərazisində baş verən daşqınlardan sonra Araz çayının yeni qolu üzərində ikinci körpünün tikintisinə başlanıb.
Nəqliyyat Nazirliyindən Lent.az-a bildiriblər ki, Bəhramtəpə-Biləsuvar avtomobil yolunun 4-cü kilometrliyində inşa olunan körpünün tikintisində əsas məqsəd Araz çayının yeni qoluna suyun buraxılması zamanı avtomobillərin ərazidən sərbəst hərəkətini təmin etməkdir.
Nazirlikdə bildirirlər ki, ümumi uzunluğu 230, eni isə 12,5 metr olan körpü 8 aşırımdan ibarətdir. Yolötürücünün mart ayında istifadəyə verilməsi planlaşdırılır. Hazırda körpüdə inşaat işləri iki növbədə davam edir.
Xatırladaq ki, bu, Araz çayının yeni qolu üzərində inşa olunan sayca ikinci körpüdür. Ələt-Astara avtomobil yolunun 95-ci kilometrliyində inşa edilən birinci körpü ötən ilin dekabrında istismara verilib. Həmin körpü texniki göstəricilərinə görə ikincidən xeyli kiçikdir. Belə ki, dekabrda istifadə verilən yolötürücünün uzunluğu 185, eni isə 14 metrdir.
Elxan SALAHOV

Oxşar yazılar
Yaşayışa hazır, təmirli mənzil axtaranların diqqətinə - VİDEO
3 iyul 2025 , 14:39
Azərbaycanın bu rayonunda işıqlar kəsiləcək
3 iyul 2025 , 09:22
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
2 iyul 2025 , 16:35
Birbank Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu
2 iyul 2025 , 11:29
Azercell və Cüdo Federasiyasının “Doğru yol budur” layihəsi beynəlxalq mükafata layiq görülüb
2 iyul 2025 , 11:11
Azərbaycanda maşın bazarındakı SATICI FIRILDAQLARI - Araşdırma
2 iyul 2025 , 10:04
Bakının bu qəsəbəsində işıq olmayacaq
2 iyul 2025 , 09:15